Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalında
Monteneqronun Budva şəhərində boks üzrə U-15 Avropa çempionatında yarımfinal döyüşləri başa çatıb.
Adalet.az xəbər verir ki, mərhələnin son günündə Azərbaycan millisinin daha 3 idmançısı adını finala yazdırıb.
66 kq-da Nurlan Müseyibli Arda Fidanla (Türkiyə) gücünü yoxlayıb. Rəqibini 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edən boksçumuz Avropa birinciliklərində ardıcıl 3-cü dəfə finala yüksəlib. Qitə çempionatının son qalibi həlledici görüşdə Evander Dikinsonla (İngiltərə) üz-üzə gələcək.
Yusif Ağakişiyev (75 kq) ardıcıl ikinci döyüşünü də vaxtından əvvəl xeyrinə bitirib. 1/4 finalda cəmi 45 saniyəyə tam üstünlüklə qalib gələn milli üzvü yarımfinalda Oleksandr Tomiçi (Ukrayna) ikinci raundda təslim edib. O, finalda Tomas O Reyli (İrlandiya) ilə qüvvəsini sınayacaq.
Mehran Rəsulov (80 kq) isə Valeri Todorovdan (Bolqarıstan) güclü olub. İlk raundu xeyrinə bitirən boksçumuz ikinci raundda tam üstünlüklə qalib gəlib. Rəsulov qızıl medal döyüşündə Serqiy Kotovski (Ukrayna) ilə münasibətinə aydınlıq gətirəcək.
Digər boksçularımızdan Onur Qurbanov (42 kq), Elcan Musazadə (50 kq) və Ərdəm Təkin (90 kq) Avropa çempionatında bürünc medala sahib olublar.
Qeyd edək ki, bu gün baş tutacaq finallarda daha 2 boksçumuz rinqə çıxacaq. Nəsrin Abdullazadə (40 kq) Madlin Laverik-Arnotla (İngiltərə), Xumar Cəfərli (75 kq) Yağmur Eryurtla (Türkiyə) üz-üzə gələcək.
Digər Xəbərlər
25 Mart 2026 18:29
"Qalatasaray" Mario Lemina ilə bağlı qərar verdi
25 Mart 2026 14:09
“Real” tibbi heyətini qovdu - Mbappeyə səhv diaqnoz qoyublar
23 Mart 2026 19:23
Zidan Fransa millisinin baş məşqçisi olacaq
23 Mart 2026 18:00
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
23 Mart 2026 10:27
Millimiz hazırlıqlara start verib
23 Mart 2026 09:45
Cüdoçularımız beynəlxaq turnirdə komanda hesabında birinci oldu
23 Mart 2026 09:16
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
21 Mart 2026 12:28


Bakı -°C

