Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının inkişafı müzakirə olunub
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Türkiyə - Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) İdarə Heyətinin sədri Aygün Attar və DEİK Türkiyə - Azərbaycan İş Şurasının sədri Selçuk Akat ilə görüş keçirib.
Adalet.az xəbər verir ki, görüşdə, həmçinin Türkiyənin sənaye, daşınmaz əmlak, maliyyə, bankçılıq və digər sahələrdə fəaliyyət göstərən şirkətlərinin nümayəndələri iştirak ediblər.
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə əsası qoyulan Fondun ölkələrarası mədəni, iqtisadi fəaliyyətlərin inkişaf etdirilməsinə töhfə verdiyi vurğulanıb.
Görüşdə Azərbaycan və Türkiyə arasında iqtisadiyyatın müxtəlif sahələrində səmərəli işbirliyindən məmnunluq ifadə olunub. Ölkəmizdə yaradılan əlverişli investisiya və işgüzar mühit, azad olunmuş ərazilərimizin biznes imkanları haqqında məlumat verilib, qarşılıqlı faydalı tərəfdaşlıq perspektivləri nəzərdən keçirilib.
Türkiyənin biznes subyektləri Azərbaycanda fəaliyyət göstərməyə və biznes mühitindən faydalanmağa maraq göstərdiklərini ifadə ediblər.
Digər Xəbərlər
24 Mart 2026 16:01
Qızıl və gümüş bahalaşdı
24 Mart 2026 10:30
Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və qarabaşaq göndərildi
24 Mart 2026 09:27
Azərbaycan nefti ucuzlaşdı
23 Mart 2026 15:30
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
23 Mart 2026 12:21
“Yalnız qənaətə fokuslanmış nə dövlət, nə də insan inkişaf edə bilməz...”
23 Mart 2026 10:21
“Brent” ucuzlaşdı
23 Mart 2026 09:19
Azərbaycan yapışdırıcı maddələrin istehsalını artırıb
22 Mart 2026 13:01


Bakı -°C

