Misli Premyer Liqası: "Zirə" "Sumqayıt"a qarşı

Misli Premyer Liqasında IX turun daha iki oyunu bu gün keçiriləcək.
Adalet.az xəbər verir ki, günün ilk matçında "Araz-Naxçıvan" "Sabah"la üz-üzə gələcək.
Qarşılaşma saat 16:00-da start götürəcək. Naxçıvan təmsilçisi 15 xalla üçüncü, Bakı klubu 14 xalla dördüncü sıradadır.
Günün ikinci görüşündə "Zirə" "Sumqayıt"ı qəbul edəcək. Bu oyun saat 18:30-da başlayacaq. Meydan sahibləri 13 xalla altıncı, qonaqlar 14 xalla beşinci pillədə qərarlaşıb.
Misli Premyer Liqası
I dövrə, IX tur
16:00. "Araz-Naxçıvan" - "Sabah"
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamranbəy Rəhimov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
"Liv Bona Dea Arena"
18:30. "Zirə" - "Sumqayıt"
Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Tərlan Talıbzadə, Əkbər Əhmədov.
VAR: Fərid Hacıyev.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, ötən gün "Turan Tovuz" "Karvan-Yevlax"ı (2:1), "İmişli" isə "Kəpəz"i (3:0) məğlub edib. Tura oktyabrın 26-da yekun vurulacaq.
Digər Xəbərlər
25 Oktyabr 2025 12:47 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalında
25 Oktyabr 2025 11:03 "Real Madrid" Kenan Yıldızı transfer etmək istəyir
24 Oktyabr 2025 17:24 "Turan Tovuz" qələbə qazandı
24 Oktyabr 2025 10:09 UEFA reytinqi: Sloveniya Azərbaycana yaxınlaşır
24 Oktyabr 2025 09:18 Azərbaycan Premyer Liqasında IX tura iki oyunla start verilir
23 Oktyabr 2025 16:00 Mahir Emrelinin məşqlərə qoşulmamasının səbəbi açıqlandı
23 Oktyabr 2025 12:19 "Atletik"in futbolçusu: "Qarabağ" çox yaxşı mübarizə aparan komandadır"
23 Oktyabr 2025 09:57 

Bakı -°C 






