24 Oktyabr 2025 18:57
77
İQTİSADİYYAT

“Bütün hallarda Rusiya yeni dəhlizə nəzarət edə bilməyəcək...”

“Kreml Ermənistandakı səfiri Sergey Kopırkin vasitəsilə baş nazir Nikol Paşinyana mesaj göndərib. “Biz “Tramp yolu”nun işləmə mexanizmi və detalları ilə bağlı daha çox məlumat gözləyirik”- deyən rusiyalı diplomat layihənin detallarının sadəcə ABŞ ilə müzakirəsinin doğru olmadığına işarə edib. Nikol Paşinyan 8 avqustda Vaşinqtonda “Tramp yolu” ilə bağlı razılaşmanı qəbul etdikdən sonra bir neçə dəfə Rusiya Prezidenti Vladimir Putinlə görüşmək imkanına malik olub”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

Onun sözlərinə görə, Kopırkinin sözlərindən belə çıxır ki, Paşinyan “Tramp yolu” ilə bağlı Kreml sahibinə detallı məlumat verməyib: 

“Kopırkinin açıqlaması Moskvanın “Tramp yolu” ilə bağlı İrəvana təzyiqini artıracağına işarədir. Robert Köçəryan prezident olduğu illərdə Ermənistan dəmiryollarını Rusiya dəmiryollarına satıb. Bu səbəbdən Kreml “Tramp yolu” ilə keçəcək dəmiryoluna iddialı kimi görüntü yaratmaq istəyir. Bütün hallarda Rusiya yeni dəhlizə nəzarət edə bilməyəcək. Buna baxmayaraq, Nikol Paşinyan vaxtilə Köçəryanın dəmiryollarının Rusiyanın nəzarətinə verilməsi səhvini də düzətlməlidir. Rusiya dəmiryoluna nəzarət edə bilməsə də, dəhlizdən faydalana biləcək, Zəngəzur dəhlizi Ermənistanın Rusiya ilə dəmir yolu əlaqəsini təmin edəcək”.

Vasif ƏLİHÜSEYN