Türkiyə Qəzzanı sabitləşdirmə qüvvələrinin tərkibindən çıxarıla bilər

İsrail Türkiyə hərbçilərinin iştirakını istəmədiyini açıqladıqdan sonra Türkiyənin Qəzzada yaradılacaq 5000 nəfərlik sabitləşdirmə qüvvələrinin tərkibindən kənarda qalması ehtimalı var.
Adalet.az xəbər verir ki, bu barədə “The Guardian” yazır.
ABŞ dövlət katibi Marko Rubio deyib ki, İsrail Qəzzada kütləvi yenidənqurma işləri başlayanda təhlükəsizlik boşluğunun qarşısını almaq üçün yaradılmış çoxmillətli qüvvələrin milli mənsubiyyətindən razı olmalıdır.
Türkiyə qoşun yerləşdirməyə hazır olduğunu bildirsə də, İsrail Türkiyənin əməliyyatda iştirakını bəyənmədiyini açıq şəkildə bəyan edib. Suriya ilə bağlı İsraillə Türkiyə arasında gərginlik artıb və İsrail hökuməti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı “Müsəlman Qardaşlar” və HƏMAS-ın özünə çox yaxın hesab edir.
Bununla belə, qəzet yazır ki, Türkiyəni stabilləşdirici qüvvələrdən kənarlaşdırmaq mübahisəli olar. Çünki rəsmi Ankara ABŞ prezidenti Donald Trampın 20 bəndlik atəşkəs razılaşmasının təminatçılarından biridir və ən bacarıqlı müsəlman silahlı qüvvələrindən biri hesab olunur.
Digər Xəbərlər
25 Oktyabr 2025 14:05 Belqorod su anbarının bəndi ciddi zədələndi, təxliyə elan edildi
25 Oktyabr 2025 11:51 Makronun arvadının adını bu şəkildə yazdılar
25 Oktyabr 2025 10:53 Türkiyədə işçiləri daşıyan mikroavtobus aşıb - 1 ölü, 19 yaralı
25 Oktyabr 2025 10:48 Rusiyanın itkiləri yeniləndi
25 Oktyabr 2025 10:34 Rusiya Kiyevi ballistik raketlərlə vurdu - Ölən var + YENİLƏNİB
25 Oktyabr 2025 10:17 Tramp Çin lideri ilə bu məsələni müzakirə edəcək
25 Oktyabr 2025 10:10 Tailandın sabiq kraliçası vəfat etdi
24 Oktyabr 2025 19:00 

Bakı -°C 






