Sabunçuda əməliyyat -11 kq narkotik vasitə aşkarlandı - VİDEO

Sabunçu Rayon Polis İdarəsinin NMB-nin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçiriblər. Əməliyyat zamanı narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən 32 yaşlı Ağamir Mirələmzadə saxlanılıb.
Adalet.az xəbər verir ki, ondan 11 kiloqramdan artıq tərkibinə psixotrop maddələr əlavə edilən marixuana aşkarlanaraq götürülüb.
Saxlanılan şəxs ifadəsində narkotikləri sosial şəbəkədə tanış olduğu İran vətəndaşı vasitəsilə əldə etdiyini və paytaxt ərazisində ayrı-ayrı ünvanlara pul müqabilində çatdıracağını bildirib.
Faktla bağlı başlanan cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir.
Qeyd edək ki, Sabunçu rayonunda polis əməkdaşları tərəfindən cari ilin əvvəlindən bu günə qədər keçirilən əməliyyatlar zamanı 95 kiloqram müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Digər Xəbərlər
24 Oktyabr 2025 11:43 İrandan Azərbaycana narkotik gətirmək istədilər - FOTO
24 Oktyabr 2025 10:40 Qanunsuz saxlanılan silah-sursat aşkarlandı
24 Oktyabr 2025 08:45 Ərini basdırdığı yerə "giriş qadağandır" nişanı qoyubmuş - Qəribə cinayətin təfərrüatı - VİDEO
23 Oktyabr 2025 12:15 

Bakı -°C 










