Yeni “iPhone” dizaynları təqdim ediləcək
“Apple” 2026, 2027 və 2028-ci illərdə tamamilə yeni “iPhone” dizaynı təqdim etməyə hazırlaşır.
Adalet.az xəbər verir ki, “iPhone 17” seriyası hələ yeni təqdim olunsa da, Koreyadan yayılan məlumatlar şirkətin gələcək planlarını üzə çıxarıb.
İddialara əsasən, 2026-cı ildə “Apple”ın ilk qatlana bilən “iPhone” modeli təqdim olunacaq. Bu cihazın “Samsung Galaxy Z Fold” modelinə bənzər şəkildə üfüqi qatlanan quruluşa malik olacağı gözlənilir.
Növbəti böyük yenilik 2027-ci ildə “iPhone”un 20 illik yubileyi münasibətilə təqdim ediləcək. Bu modelin tamamilə ekrandan ibarət, kənarlarında heç bir çərçivəsi olmayan dizayna sahib olacağı bildirilir.
“Apple” 2028-ci ildə isə ikinci qatlana bilən “iPhone” modelini satışa çıxaracaq. Bu cihazın “Samsung Galaxy Z Flip” modelinə bənzər şəkildə şaquli qatlanan, daha kompakt və yüngül dizayna sahib olacağı qeyd edilir.
Digər Xəbərlər
13 Mart 2026 11:31
Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir
11 Mart 2026 10:53
3 minlik "iPhone"nu oğurladı - 25 manata satdı
10 Mart 2026 15:44
Rusiya "Google"u cərimələdi
04 Mart 2026 13:42
Azərbaycanın ən populyar sosial şəbəkələri
04 Mart 2026 11:26
TEXNOLOJİ İNKİŞAFIN VAHİD RƏQƏMSAL ARXİTEKTURA PROBLEMİ
02 Mart 2026 11:27
“Bakcell” müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
27 Fevral 2026 14:05
Azərbaycanda bütün dövlət xidmətləri "Mygov"la göstəriləcək
27 Fevral 2026 11:39


Bakı -°C

