SON DƏQİQƏ:

Gəncədə 40 min manatlıq narkotik dövriyyədən çıxarılıb - FOTO

  12625   |  
Şriftin ölçüsü  

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nətcəsində qara bazarda təxmini qiyməti 40.000 manat olan, külli miqdarda narkotik maddə “heroin” dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Adalet.az-a verilən məlumata görə, qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Məhərrəm Əliyev şəhər ərazisində saxlanılaraq ŞBPİ-nə gətirilib. Onun üzərinə baxış keçirilən zaman bir ədəd kağız bükümdə, çəkisi 2 qram narkotik maddə olan “heroin” aşkar edilərək götürülüb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin şəhər ərazisindəki mənzilinə baxış keçirilən zaman, oradan sellofan torbada, çəkisi 578 qram narkotik maddə “heroin” aşkar edilib.

Götürülən maddi sübutlar ekspertiziyaya təqdim edilib. M.Əliyev barəsində Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-11
2021-04-10

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Aqil Abbas Vəli Xramçaylıya: 
 - Vəli,  xeyir ola,  kefin yuxarıdı? 
Vəli:
 - Hə qağa, dünən bayramııydı dana, evin yaxınlığındakı marketdən 1 litirlik araq aldım ki, evdə yüz-yüz vuraram. Marketdən çıxanda fikirləşdim ki, ayə birdən yolda yıxılaram, araq düşüb qırılar. Butulkanı açıb, çəkdim başıma, hamısını içdim. İnaneyrsanmı qardaş, yaxşı ki, ağlıma gəldi  hamışını içdim.  Evə çatana qədər düz yeddi dəfə yıxılmışam.
 

ARXİV

TƏQVİM

FACEBOOK