adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
02 Mart 2021 09:51
10866
MƏMLƏKƏT
A- A+

Naxçıvanda özünüməşğulluq proqramı uğurla icra olunur

Özünüməşğulluq proqramının icrası nəticəsində 2017-ci ilin iyun ayından başlayaraq bu günədək muxtar respublika üzrə 2834 nəfər ailə üzvü olan 622 ailənin özünüməşğulluğu təmin edilib və proqramın icrası üçün 2 milyon 289 min manatdan artıq vəsait sərf olunub.

Bunu Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev deyib.

Nazir bildirib ki, proqrama cəlb olunan 555 ailəyə heyvandarlıq, 67 ailəyə isə xidmət, istehsal və digər sahələr üzrə aktivlər verilib.

"O cümlədən 622 sosial qayğıya ehtiyacı olan ailədən 164-nə verilən aktivlər müqavilədə göstərilən müddət bitdiyi üçün akt əsasında onların mülkiyyətinə keçirilib. 2020-ci ildə də 1289 nəfər ailə üzvü olan 291 ailə proqrama cəlb edilib, bu məqsədlə 1 milyon 207 min 784 manat vəsait sərf olunub".

Qeyd edək ki, Naxçıvanda “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilib.