SON DƏQİQƏ:

Sloveniya baş nazirinin Quranla bağlı paylaşımı kəskin reaksiyaya səbəb oldu

  14615   |  
Şriftin ölçüsü  

Sloveniya baş naziri Yanez Yanşanın “Twitter”də Quranla bağlı paylaşımı kəskin reksiya doğurub.

“Anadolu” agentliyi xəbər verir ki, onun “Kommunist manifesti” kitabının ilk buraxılışının ildönümündə “Qurandan başqa heç bir kitab ölümə, ağrıya, zülmə, yoxsulluğa və sosial geriliyə səbəb olmayıb” ifadələrini “Twitter”də paylaşması hiddətlə qarşılanıb.

Sağçı siyasətçi kimi tanınan Yanez Yanşa bu yazını təkrarlayıb və izləyicilərinə təqdim edib.

Sloveniya İslam Birliyindən edilən açıqlamada bildirilib ki, “Müqəddəs kitaba qarşı belə bir hərəkəti və Kommunist Manifesti ilə bağlı sadələşdirilmiş təbliğat müqayisəsini kəskin şəkildə qınayırıq”.

Avropa İttifaqına (Aİ) müddətli rəhbərlik edən bir ölkənin digər dinlərə, mədəniyyətlərə və Aİ-nin əsasını təşkil edən dəyərlərə hörmət etməsi lazım olduğunu ifadə edən açıqlamada müqəddəs kitabların fərqli tarixi kontekstdə yazılmasına baxmayaraq, onların bütün insanlıq üçün əhəmiyyət kəsb etdiyi vurğulanır.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-10
2021-04-09

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Aqil Abbas Vəli Xramçaylıya: 
 - Vəli,  xeyir ola,  kefin yuxarıdı? 
Vəli:
 - Hə qağa, dünən bayramııydı dana, evin yaxınlığındakı marketdən 1 litirlik araq aldım ki, evdə yüz-yüz vuraram. Marketdən çıxanda fikirləşdim ki, ayə birdən yolda yıxılaram, araq düşüb qırılar. Butulkanı açıb, çəkdim başıma, hamısını içdim. İnaneyrsanmı qardaş, yaxşı ki, ağlıma gəldi  hamışını içdim.  Evə çatana qədər düz yeddi dəfə yıxılmışam.
 

ARXİV

TƏQVİM

FACEBOOK