adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
23 Fevral 2021 15:33
49360
MÜSAHİBƏ
A- A+

"Azərbaycanda sosiologiya nədir, onu bilmirlər" - MÜSAHİBƏ

Sosioloq Sahib Altay Adalet.az-a müsahibə verib.

- Sahib bəy, Azərbaycanda sosiologiya yoxdur deyə bilərikmi?

- Xeyr. Belə demək düzgün çıxmaz. Sosiologiya bildiyimiz kimi cəmiyyət haqqında bir elmdir, cəmiyyəti öyrənir. Burda çox məsələ var. İstər siyasi quruluşlar, istər ictimai quruluşlar, cinslər arası münasibətlər və.s. Ümumi olaraq sosiologiya cəmiyyətinin əsasını təşkil edir. Amma məsələn, cinslər arası mövzudan danışanda bizə deyirlər, danışmağa mövzu tapmadınız? Bir sözlə, Azərbaycanda sosiologiya var, amma sosioloji təfəkkür yoxdur, mühit yoxdur. Dünya praktikasında Analitik elm var. 15-ci əsrdən Avropada başlamış yeni bir svilizasiyanin predmetidir. Bu, təhsilə də sızıb. Amma təəssüf ki, bizdə inkişaf etməyib, edə bilməyib.

- Bəs, niyə bunlar, yəni, sosiologiya bizdə məişət xarakterli olur, amma heç buna da təsir eləmir. Bunun üçün heç bir addım da atılmır?

- Ümumiyyətlə, Analitik elmin predmeti məsələsi var. Logosu bilirsiniz nədi. Bütün elm adları həmin logos altında birləşir. Belə bir şey var, bütün fiziklər fizika müəllimidir, amma bütün fizika müəllimləri fizik deyillər. Fizik Eynşteyndir. Analitik zəka məsələsi. Onda istedaddan əvvəl analitik zəka var idi. Bu, təkcə təhsildən asılı deyil. Olsa, indi də Eynşteyn yetişərdi. Onun Analitik zəkası var idi. Bax, əsas bu analitik zəkanı formalaşdırmaq lazımdır.

- İndi belə çıxır bizdə sosioloqları yetişdirən mühit yoxdur sadəcə?

- Bəli. Biz seminarlar təşkil edirik, platformamız var. Bir dəfə bir ailə institundan danışanda bir xanım sual verdi ki, o institut haradadır? Elə bildi, bir bina var, adı da ailə institutudur. Problem bundadır. Cəmiyyət toplum olaraq belədir. Bu məsələdə fərdlər tək xilas edə bilmir. Azərbaycanda ictimai institutlar yoxdur. Bizdə bütün sahələr yarımçıqdır. İstər ədəbi, istər jurnalistika, istərsə də sosiologiya.

- Amma biz verilişlərdə də görürük ki, sosiloq kimi adamlar çıxır, danışır, fikrini bildirir, gedir. Ortada isə heç nə yox, heç bir iş görülmür. Bu da konkret olaraq cəmiyyətlə bağlıdır?

- Hər şey cəmiyyətlə bağlıdır. Dediyiniz məsələ isə olduqca genişdir. Burda artıq dövlət daha çox əl qoymalıdır bu işə. Bizdə pedaqoji sosiologiya var. Sosial işçilər yoxdur. Məsələn, dünya hazırda da pandemiya şəraitindədir. Avropada bunun üçün xüsusi işlər görüldü və ora sosial işçilər dəvət olundu. Konkret olaraq pandemiya protokolları var idi, tərtib edilmişdi. Bu, artıq işdir. Amma bizdə vəziyyət necədir? Göründüyü kimi... Sosial sorğu, tətqiqat, heç nə yoxdur. Dövlətin verdiyi qərarlarda da həmin sosial işçilər iştirak edirdi. Bizdə belə şey mümkündürmü? Mən özüm şəxsən müstəqil fəaliyyət göstərirəm. Təklif elədim, layihə qoydum, gördüm, üzünə baxan yoxdur.

- Sahib bəy, bir sosial olaraq Azərbaycan cəmiyyətin konkret problem nədir? Bizi inkişaf etməyə qoymayan həmin məsələ hansıdır ki, aradan qaldırmağa çalışaq?

- Əvvəla, mən öz statusum haqqımda deyim. Düzdür, məni sosioloq kimi tanıyırlar. Mən bu adı özüm özümə verməmişəm. Oxumuşam, olimpiyadalarda olmuşam və elə sosioloq statusunu 7 il öncə Beyxənlxaq olimpiyada da verdilər. Oksford universitetinin nümayəndələri, Çinin Pekin platformasının üzvləri və başqa sanballı yerlər iştirak edirdi. O vaxt bir az problem yarandı hərbi xidmətlə bağlı, tam davam edə bilmədim. Amma bu gün də mən bu adın haqqını tam vermirəm. Çünki ortaya elmi nəzəriyyə qoymamışam. Türkiyədə magistr oxumuşam, dokturanturaya müraciət eləmişəm, bu ildən ona da başlayacam və nəzəriyyə də gələcəkdə olacaq. Amma faktiki olaraq belədir. Layihələrim olub. Müstəqil də, dövlət xətti ilə də. Mədəniyyətşünaslıq üzrədə təhsilim var. Mədəniyyət nazirliyinin fonunda layihəm olub.

"Qədim mədəni abidələr, kitabxanalar" haqqında.

Daha çox müstəqil layihələr olub amma. Sosioloq olaraq yetişmək üçünsə, konkret olaraq dəstək lazımdır. Bizim konfranslar olurdu. Orda siz də iştirak eləmisiniz. Mövzu qoyuruq, həll yollarını axtarırıq. Sadəcə və sadəcə mühit lazımdır. Bu yük də ən çox dövlətin üzərinə düşür.

Maarifçilik lazımdır. Bizdə bu da satirə və tənqid üzərində olur. Sattirə ilə ictimai şüur formalaşdıra bilməzsən. Mümkün deyil.

- Dünyaca məşhur sosioloqlar var. Məsələn, siyasi iqtisadçı Karl Marx. Sinif quruluşu və ierarxiya kimi bir cəmiyyətin iqtisadi sistemindən çıxma yolu üzərində dayanan tarixi matearizlimin nəzəriyyəsi ilə tanınır. Bizdəki sosiologiya da aydın məsələdir. Dünya sosiologiyası harda, biz harda...

- Elm tarixi iki hissəyə ayrılır. 15-ci əsrə qədər və sonra. 15-cə əsrə qədər olan hissə fundamental elm adlanır. Onda sonra xüsusi intibah fonunda analitik eləmədir. Şərqdə sosiologiyanın banisi kimi İbn Xarundur. Amma adı ictimai institutlarda keçmir. Analitik sosiologiyanın yaradan deyir, bundan öyrənmişik amma bilinmir. O dünyaca məşhur sosioloqlar zamanında təqdim oluna bilib axı.

- Səbəb nədir bəs bizdə İbn Xarunun tanınmamasının ?

- Çünki təqdim olunmayıb, təqdim edən yoxdur. Başqa səbəb yoxdur.

- Emil Durkheim-"sosiologiyanın atası" kimi tanınır. Azərbaycan sosiologiyanın heç olmasa "qardaşı"varmı? Yəni, sən kimin adını çəkə bilərsən ki, bizdə kifayət qədər yaxşı sosioloq ola bilərlər, amma şərait yoxdur ?

- Azərbaycanda sosiologiya nədir, onu bilmirlər. Mənə efirdən sonra hərdən zəng gəlir, deyirlər, çox gözəl danışdın, amma o nə olan şeydir? 90-cı illərə kimi VahidƏliyevin adını deyə bilərəm. Pedaqoqdur. Universitetlər üçün dərsliklər tərtib edib. Yəni, pedaqoji sosiologiya. Azərbaycanda pedaqoq çoxdur. Amma sosioloiji əsərlər yoxdur. Elə digər sahələrdə də belədir. Fəxr etdiyimiz Lütfizadəmiz var, onun da adı bizim oldu, beyni yox. Bizə ilk olaraq analitik zəka lazımdır, sonra da onu bir yerə yığan mühit amili. Məsələn, yaradıcılığı götürək. Mən özüm də şeir yazıram. 19 yaşımda yazdığımı indi yazmıram ki. Hər şey dəyişir və buna mühit təsir edir. Yaradıcılıq asudəlik tələb edir. Bizim analtik zəkamız var, amma tarixən mühitimiz olmayıb deyə, formalaşmayıb. Bir az da köçəri olmuşuq, at belində ox atmışıq. Daimi yer olmayıb. Ortaya da heç nə çıxmayıb. Amerikan adında millət yoxdur məsələn. Onlar da elə olub, amma mühit yaradıblar. Görün, indi nə qədər kəşflər olub. Bu sarıdan Lütfizadə də Azərbaycan alimi deyil. Azərbaycanlı olan Amerika alimidir. Bir məqaləm var idi, "Kosmonavt həsrəti". Sual vermişdim ki, niyə bizdə kosmonavt çıxmır, yoxdur? Cavab da vermişdim. Çünki bizdə belə arzusu olan yoxdur. Şekspirin söhbəti kimi. Bir nəfər deyir, mən Şekspir olmaq istəyirəm, o da deyir, mən tanrı olmaq istəyirdim, Şekspir oldum. Yəni, arzuların, istəklərin də böyük olmalıdır. Bizdə kosmonavt arzusu var? Ancaq balaca uşaqlar. Onları da yönəldən olmur, böyüyürlər, ən böyük arzuları ipotekaya ev götürüb verib qurtarmaq olur. Neyləsinlər, mühit yoxdur. Kərim Kərimovumuz var. Kosmonavt. Amma onu da SSSR yetişdirib. Yəni, yenə də mühit amili.

- Bəs, ədəbi sosiologiya əsərləri? Yaradıcı adamlar niyə yaza bilmir?

-Mən bu barədə ədəbiyyatdan da narazıyam. Özüm də uzaq düşmüşəm. Azərbaycan ədəbiyyatı tanışlıq üzərində qurulub, toplumsal düşüncə yoxdur. Həm də, bilik, savad məsələsi var. İctimai şüur yoxdur amma. Həm də şərait. Bir adamın işi roman yazmaqdırsa, əlavə işlə məşğul olmamalıdır. Mən özüm sosioloqam, amma başqa işlərlə məşğulam. Niyə? Maddiyyata görə. Belə olan halda hansı yaradıcılıqdan, işdən söhbət gedə bilər ki? Azərbaycanda əsəri sayəsində öz dolanışığını quran neçə nəfər var ki, ümumiyyətlə? Şərait yaranmalıdır ki, hərə öz işi ilə məşğul olsun, qazansın, iş qoysun ortaya.

-Özünün nə vaxtsa yazmaq fikrin var ? Deyirsən, yoxdur, amma özün də yaradıcı adamsan. Bəlkə elə özün yazasan?

-Əlbəttə. Üstündə işlədiyim əsərlər də var. Qismət olsun, özüm yazacam. Amma hələ də özümü inkişaf elətdirirəm. Heç mənim yazdığım şeirlərdən ibarət şeir kitabım yoxdur. Kitab çıxarmaq asan işdir, amma ortaya sanballı bir şey qoymalısan. Bir povestim var, onu istəyirdim çıxardam, amma fikrimdən daşındım sonradan. Araşdırmaları davam elətdirirəm. Gələcək üçün inanıram ki, hər şey yaxşı olacaq.

-Müsahibə üçün təşəkkür edirik, Sahib.

- Buyurun, mən də.

Orxan Saffari