SON DƏQİQƏ:

Hansı erməni günahını və səhvini etiraf edər?

  6366   |  
Şriftin ölçüsü  

İsraildən gələn səs

Ermənistanın İsrail və yəhudilərlə dostluq ritorikası  yalnız "böyük Ermənistan" qurmaq niyyətlərinə çatmağa yönəlib. Bu sözləri, Yerevanda Xoloxost  qurbanlarına və Ermənistan-İsrail dostluğu abidəsinin növbəti dəfə təhqir olunmasına  münasibət bildirən  İsrailli ekspert Yuri Boçarov "Vesti.az"-a bildirib.
   

"Birmənalı olaraq təsdiq etmək olar ki, ermənilər növbəti dəfə özlərinin əsil sifətlərini və əsil istəklərini göstərdilər. Onların İsraillə və yəhudilərlə dostluq ritorikası, yalnız əsil niyətlərinə  çatmaq üçün, "böyük Ermənistan" yaratmaq məqsədi güdür. "Dənizdən-dənizə Ermənistan" arzuları zibil yeşiyinə atılan kimi, növbəti günahkar axtarışına başlayırlar" - deyə Boçarov bəyan edib.
     

Ekspert bu gün hətta inkişaf etmiş və demokratik dövlətlərin bir çoxunda anti yəhudi çıxışların artdığına təəssüf etdiyini bildirib. " Bir çox yerlərdə bu ənənə məişət səviyyəsində və əsasən dövlətin iqtisadi durumu və əhalinin yoxsulluq səviyyəsinin artması ilə müşahidə olunur. Təbii ki, bu ölkələrdə insanlar düşdükləri çətin duruma hörə günahkar axtarır və hər kəsi günahlandırırlar. Beləliklə rasizm, şovinizm və ksenofobiya faktları meydana gəlir"- deyə Boçarov qeyd edir.
   

Daha sonra israilli ekspert bildirir ki, belə hallar dövlətin problemləridi və o, bu problemləri aradan qaldırmalıdır. "Bəzi hallarda problemiin qarşısının alınması məqsədilə  İsrail bəzi dövlətlərlə əməkdaşlıq edir. Ən pisi isə antisemitizmin dövlətin siyadi kursu kimi meydana gəlməsidir. Bu zaman çətinlik yaranır və İsrail dünyanın başqa dövlətlərinin dəstəyinə ümid bağlayır və çalışır ki, digər dövlətlərdə bu cür mövqe tutan ölkələrə qarşı münasibətini dəyişsin" - deyə israilli politoloq bildirir.
   

Boçarov bildirir ki, otuz il özlərini məğlubedilməz sayan, işğal etdikləri torpaqlatın boşaldılması ilə bağlı danışıqlarda özlərini qalib kimi aparan, məğlub tərəfin hüquqlarını ümumiyyətlə inkar edən ermənilərin bəziləri, son müharibədəki məğlubiyyəti dərk etməyə başladılar. "Onlar işğal etdikləri torpaqları və ən əsası özlərinə inamı itirdilər. Aldıqları şok hakimiyyəti iflic vəziyyətinə saldı və kütləvi iğtişaşlara gətirib çıxardı".
   

Ekspertin fikirincə hazırda həm "yuxarılar", həm də "aşağılar bu məğlubiyyətdə "günahkarın kim olduğu sualının axtarışındadırlar. " Kim günahkardı sualının cavabını hamı bilir. Günahkar ermənilərin özləri və apardıqları siyasətdir. Hansı erməni günahını və səhvini etiraf edər? Bax həm daxili, həm də xarici günahkarların axtarışı da burdan başlayır. Təəssüf ki, nə "yuxarıda", nə də "aşağıda" heç kim günahını etiraf etməyə, bundan nəticə çıxartmağa və qonşuları ilə real sülh yaratmağa hazır deyillər. Bununla yansşı heç kim "nə etməli" sualına cavab vermək istəmir. Bu isə vəziyyəti getdikcə gərginləşdirəcək ki, bu da artıq problemdir" - deyə israilli ekspert bildirib.

 Cəfər Ağadadaşov  "Vesti.ru"

 Ruscadan tərcümə: Rüstəm Hacıyev

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-02-26

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
February: 25, 23, 20, 18, 16, 13, 11, 09, 06, 04,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Bayaq görürəm qonşu Şakir kişi sevinclidir.

Mən:

— Nə olub, Şakir dayı, nəyə sevinirsən?

Şakir:

— Tezliklə Bakıdan Ukraynaya təyyarə qalxacaq, ona sevinirəm.

Mən:

— Bu yaşda təkcə təyyarə qalxmaqla iş düzəlmir e, dayı.

Şakir əsəbi halda:

— Sən də adamın yarasını deşməsən dura bilmirsən də.

ARXİV

TƏQVİM

FACEBOOK