ABŞ Putini, Avropa Ukraynanı seçir – Politoloq
“Ukrayna-Rusiya müharibəsinə münasibətdə ABŞ ilə Avropa İttifaqı (Aİ) arasında ziddiyyətlər dərinləşir. Sürüşkən və dəyişkən D.Trampdan fərqli olaraq Avropa vahid mövqedən çıxış edir və Ukraynanın maraqlarına bütövlükdə Qərbin təhlükəsizlik strategiyasının bir hissəsi kimi baxır, Rusiya ilə sülh danışıqlarında rəsmi Kiyevin maraqlarını qorumağa çalışır”.
Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Qulu Məhərrəmli deyib.
Onun sözlərinə görə, ABŞ-dən fərqli olaraq Aİ Rusiyaya sanksiyaları yumşaltmır və Kiyevə maliyyə yardımlarını intensivləşdirir:
“Bunun nəticəsidir ki, Aİ Ukraynaya 90 milyard avroluq yardım proqramı çərçivəsində silah alınması üçün 16 milyard avro ayırıb. Bu barədə dünən Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyaen Aİ sammitinin yekunlarına dair mətbuat konfransında məlumat verib. O bildirib ki, Ukrayna islahatlarla bağlı bütün tələbləri yerinə yetirəcəyi təqdirdə, ilin sonunadək Kiyevə daha 17 milyard avro ayrılacaq.ABŞ-də isə başqa ssenarilər oynanılır. D.Tramp "dizel sövdələşməsi"nə bəraət qazandırmaq üçün Zelenkini günahlandırmaqda davam edir, onu Rusiyanın yanacaq obyektlərini vurmaqdan çəkindirməyə çağırır, bu "rüsvayçılığı" dayandırmağa çağırır. Konqresin və ümumən Amerika ictimaiyyətinin 70 faizinin Ukraynaya rəğbəti olmasa, Tramp daha pis addımlar ata bilər, amma hələlik çəkinir, eyni zamanda V.Zelenkiyə psixoloji hücumlarını da dayamdırmır. Bu arada Ukrayna ordusu ölkə ərazisini işğalçı rus qoşunlarından addım-addım təmizləməkdə davam edir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
17 Oktyabr 2026 11:32
ABŞ prezidenti Tramp Moskvanın mövqeyindən çıxış edir - Politoloq
17 Oktyabr 2026 10:02
Aqil Abbas: Füzulinin azad edilməsi düşmənin “yenilməzlik” mifini dağıtdı
17 Oktyabr 2026 09:00
“Ulu Öndər müstəqilliyin qorunmasını dövlət siyasətinin başlıca vəzifəsi kimi müəyyənləşdirmişdi”
16 Oktyabr 2026 20:26
“Bizim öz yolumuz var” - İlham Əliyev
16 Oktyabr 2026 19:19
İlham Əliyev paralimpiya hərəkatının iştirakçılarını TƏBRİK ETDİ
16 Oktyabr 2026 18:12
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
16 Oktyabr 2026 16:02
“Bütün fitnələrin, riyakarlığın və ikiüzlülüyün qarşısını ləyaqətlə aldıq”
16 Oktyabr 2026 13:51


Bakı -°C

