adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
11 Fevral 2021 14:52
55024
MÜSAHİBƏ
A- A+

Polkovnik: “Ermənilər müasir evlər tikə-tikə Malıbəylini Xankəndiyə birləşdirib...”

Bu gün Şuşa rayonunun Malıbəyli və Quşçular kəndinin işğal olmasından 29 il keçir. Odur ki, 1992-ci ilin fevralında Malıbəyli, Aşağı və Yuxarı Quşçular kəndlərini erməni işğalçı qüvvələrinin hücumlarından müdafiə edən, 6500 nəfərlik kənd əhalisini kütləvi soyqırım təhlükəsindən xilas edən polkovnik Azay Kərimova iki sual ünvanladıq.

- Malıbəyli və Quşçular kəndinin işğalı  necə baş verdi?

-“Qarabağı yaxşı tanıyan təcrübəli hərbçilər yaxşı bilir ki, o bölgədə 3 kənd olub və heç bir çıxılmaz vəziyyəti olmayıb. Yəni bu kəndlərə bütün giriş-çıxış yolları Xankəndinin və Əsgəranın içindən keçib gedirdi. Onların birincisi Malıbəyli kəndi idi, Xankəndinin 2 kilometrliyində yerləşirdi. Xocavənddən Xankəndinə getmək üçün bizim kəndin içindən keçməli getməli idin. Eyni zamanda, biz Xankəndidən Şuşaya, Ağdama getmək üçün mütləq Xankəndinin içərisindən geçməli idik. Bu üç kənddə müharibə 1990-cı ildə deyil, 1987-88-ci illərdən başlanmışdı. 90-cı illərdə camaat inanmırdı ki, vəziyyət bu həddə çata bilər. Camaat yığışıb tələb etdi ki, mən peşəkar hərbçi kimi öz kəndimdə qalıb, buranın müdafiəsini təşkil etməliyəm. Məcbur olub qaldım. Kəndin ətrafında səngər qazdırdım. Postlar təşkil etdim. 10 gün sonra Tacəddin Mehdiyev Malıbəyliyə Şıxov batalyonunun 70 döyüşçüsünü göndərdi. Onları məktəbdə yerləşdirib, hər cür şərait yaratdıq. Amma təxminən 1992-ci il yanvarın ortalarında Mehdiyev əmr verdi ki, həmin döyüşçülər Şuşaya göndərilsin. Özü də o boyda nazir bunu mənə açıq mətnlə radiostansiya ilə məlumat vermişdi və təbii ki, bunu ermənilər də eşitmişdi. Etiraz etdim ki, bəs 3 kəndin əhalisi müdafiəsiz qalır, faydası olmadı. Məcbur olub bir dana kəsdirib məktəb binasında həmin 70 nəfərə yaxşı qonaqlıq verdim. Sonra da dedim ki, inciməyin, silahlarınızı qoyun, sonra gedin, əks halda sizinlə atışmağa məcbur olacağıq. Onlardan bəziləri etiraz etsə də, ağsaqqalların da iştirakıyla 4 saatlıq danışıqdan sonra silahlarını qoyub getdilər. Bu minvalla fevralın 8-dək 7 erməni kəndinin mühasirəsində kəndlərimizi böyük çətinliklə qoruduq. 1992-ci il fevralın 8-dən 12-dək olan döyüşlərdə isə bizə heç bir kömək gəlmədi.”

- Şuşanın  hansı kəndləri Azərbaycan Ordusunun hələ ki, nəzarətinə keçməyib? 

- Şuşanın 1-2 kəndi istisna olmaqla bütün kəndləri demək olar ki, ermənilərdədi. O cumlədən, Xocali,Həsənabad, Pirəməki, Malibəyli, Quşcular, Kərcicahan, Cəmilli, Kosalar, Xəlifəli, Qaybali, Zaman Pəyəsi,Canhəsən, Qarajav, Şirlan. Bunlar Xankəndinə cçx yaxin amma sirf Azərbaycanlıların yaşadigları kəndlər olub. Yəni bir dənə də olsun, bu kəndlərdə erməni və ya erməni ailəsi olmayib. Qaldı ki,  Malibəyliyə,  bu kəndlə Xankəndi arasinda 2 km məsafə vardi, yəni aramızdan Qarqar çayı  keçirdi. İndi Malibəyli Xankəndi ilə tamam birləşib. O qədər muasir evlər tikiblər ki Malıbəyli ilə Xankəndi  birləşdirilib. Heç ad da qoymayıblar. Umumilikdə , Malıbəylinin adı da Xankəndi kimi gedir. Amma mən inanıram ki, bu günlər də keçəcək. Zəngilan, Qubadlı, Cəbrayıl,  Şuşa, Ağdam və digər yaşayış məntəqələri bizim ordumuzun nəzarətinə keçdiyi kimi adını sadaladığım Şuşa kəndləri də yenidən bizim olacaq.Vətənimiz, dövlətimiz, ortdumuz var olsun!.. İnşallah, gün gələr, biz də o doğma yurdları görərik...

-Açıqlama verdiyiniz üçün təşəkkür edirik.

 Əntiqə Rəşid