18 Oktyabr 2025 14:12
94
MƏMLƏKƏT

Sağol, Fikrət!  

Park , bağ salmaq çətindir,amma onu qoruyub saxlamaq ondan da çətindir. Gözəl bir park tikirlər, orda Cənnət yaradırlar, ancaq bəzən bir müddət keçdikdən sonra baxımsızlıq üzündən o park məhv olub gedir. Burada bir atalar sözü yadda düsür : " Bağa baxarsan bağ olar, baxmazsan dağ".

Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində " Fatimeyi - Zəhra" məscidinin yanında gözəl bir park  tikilib və insanların istifadəsinə  verilib.Məscidin və parkın açılışında cənab Prezident İlham Əliyev özü iştirak edib.Doğurdan da bu parkının öz gözəlliyi var; bir- birinə bənzəməyən  ağaclar , güllər, çiçəklər , yaşıl otlar... Hələ biz oturacaqları,gecələr bərq vuran işıq lampalarını demirik... Və buların hamısı parka əsrarəngiz  bir gözəllik verir...Parkın bağbanı isə Qarabağ qazisi Fikrət qardaşımızdır! O, bu gözəlliyə adi bağban kimi baxmır.Ona balası kimi, göz bəbəyi kimi baxır. Hər gün səhər saatlarında gəlib bütün yaşıllıqları, ağacları suvarır.

Tullantıları bir- bir yığıb toplayır, sonra isə tullantılar parkdan çıxarılır. Oktyabrın 18- də yenə səhər saatlarında onun parkda işlədiyini gördüm. Gördüm ki,  bəzi ağacların lazımsız  budaqlarını təmizləyir və səliqə ilə bir yerə yığır. Sonra da yanındakı adamlar  həmin tullantıları toplayıb parkdan kənara aparır. Bu parkda istirahət edən adamlara , eləcə də mənə çox xoş oldu.Ona görə də , hamımız bir ağızdan dedik: " Çox sağol, Fikrət!" O isə dilləndi:" Bu, mənim  borcumdur!"  Fikrət qardaşımız, kaş hamı sizin kimi öz vəzifə borcuna belə məsuliyyətlə yanaşaydı! Bax , onda bütün parklar, xiyabanlar , bağlar Cənnətə dönərdi!!!

Emil Faiqoğlu