adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 Yanvar 2021 11:33
17909
MƏMLƏKƏT
A- A+

Övladlığa götürülmüş uşaqların sayı açıqlandı

1 noyabr 2019-cu ildən bu günə qədər 27 uşaq övladlığa verilib. Onlardan 14-ü oğlan, 13-ü isə qızdır.

Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, övladlığa verilən uşaqlardan 5-i ögey ana-ögey ata, 17-si yaxın qohum tərəfindən, 2-si isə valideynlər arası razılıq əsasında, 3 uşaq isə dövlət uşaq müəssisəsindən övladlığa götürülüb.

Övladlığa götürülmüş uşaqdan 10-u 0-3 yaş, 16-sı 4-11 yaş və 1-i isə 12-18 yaş aralığında olan uşaqlardır.

Qeyd edək ki, övladlığagötürmə sahəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən idarəetmənin təşkilində övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğu, övladlığa götürüldüyü ailədə inkişafı üçün şəraitin olması, bu istiqamətdə ciddi nəzarətin həyata keçirilməsi başlıca prinsiplərdən biridir. Övladlığa götürülən hər uşaq 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə onun ailədəki vəziyyətinin öyrənilməsi üçün monitorinqlər aparılır.