adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
15 Yanvar 2021 16:10
17851
DÜNYA
A- A+

Putin Təhlükəsizlik Şurasını topladı, Qarabağdan danışdı

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirib. O, iclas iştirakçılarına 11 yanvarda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı aparılan üçtərəfli danışıqların nəticələri barədə məlumat verib.

Adalet.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Azərbaycan və Ermənistandan olan həmkarlarımla görüşün nəticələri barədə sizə məlumat vermək istəyirəm", - Putin deyib.

O, Xarici İşlər naziri Sergey Lavrovun da hesabatla çıxış edəcəyini vurğulayıb.

İclasda Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri - Baş nazir Mixail Mişustin, Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Müdafiə naziri Sergey Şoyqu və digər rəsmilər iştirak ediblər.

Xatırladaq ki, yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü olub, ölkə rəhbərləri ortaq bəyanat imzalayıblar.