adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
15 Yanvar 2021 15:34
30295
ELM VƏ TƏHSİL
A- A+

Prezident Şuşa Realnı Məktəbinin dağıdılmış binası ilə tanış oldu - FOTO

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva erməni vandalizminin qurbanı olmuş Şuşa Realnı Məktəbinin dağıdılmış binası ilə tanış olublar.

Adalet.az -ın məlumatına görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Şuşa Realnı Məktəbi dövrünün nümunəvi maarif ocağı sayılırdı. Məşhur Azərbaycan yazıçıları Əbdürrəhim bəy Haqverdiyev və Yusif Vəzir Çəmənzəminli bu məktəbin məzunu olublar.

1992-ci ilin may ayında Şuşa şəhəri işğal edildikdən sonra erməni vandalları Realnı Məktəbini yandıraraq xarabazara çeviriblər.