Dövlət xəttilə 238 milyon manat ipoteka krediti verilib
Bu ilin yanvar-iyul aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 237,8 milyon manat kredit verilib.
Adalet.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 % azdır.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 20,8 % azalaraq 204,1 milyon manat olub.
İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 18,9 % azalaraq 300 milyon manata düşüb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 33,4 % artaraq 63,9 milyon manata çatıb.
Digər Xəbərlər
26 Avqust 2026 10:25
“Əgər Azərbaycan və Türkiyə istiqamətində dəmir yolları açılarsa...”
26 Avqust 2026 09:56
“Azərbaycan və Özbəkistan yeni bir ilkə imza atdılar”
26 Avqust 2026 09:42
Azərbaycan nefti bu gün də ucuzlaşdı
25 Avqust 2026 20:00


Bakı -°C

