Nərgiz gülünə bənzəyən aktrisa
Taleyi nərgiz gülünə bənzəyən Əməkdar artist Vəfa Fətullayevanın anım günüdür.
Aktrisa 25 avqust 1945-ci ildə Bakıda anadan olub. Vəfa Fətullayeva Azərbaycan teatr sənətinin ilk tərtibatçı-rəssamı, xalq rəssamı Nüsrət Fətullayev və SSRİ Xalq artisti, aktrisa Hökumə Qurbanovanın ailəsində dünyaya göz açmışdı. O üzdən balaca Vəfanın incəsənət insanı olacağı gözlənilməz deyildi.
O, 1953–1963-cü illərdə Bakıdakı 1 saylı orta məktəbdə təhsil alıb. 1963-cü ildə Teatr İnstitutunun teatrşunaslıq fakültəsinə qəbul olub, 1968-ci ildə həmin fakultəni əla qiymətlərlə bitirib.
V.Fətullayeva ilk dəfə 1953-cü ildə 8 yaşı olarkən, Ələsgər Şərifovun səhnəyə qoyduğu, Uliyam Şekspirin "Qış nağılı" tamaşasında Mamili obrazını canlandırıb.
Bütün qızlar kimi onun da həyatına bir insan gəlir. Ancaq təəssüf ki, bu münasibət uzun olmur. O, 1963 cü ildə Zaur Nağıyev adlı idmançı ilə tanış olur. Zaur Nağıyev rəqqasə Tutuxanım Həmidovanın oğlu idi. Onlar 1968- ci ildə ailə həyatı qururlar. Lakin bu evlilik uzun sürmür. Bir il sonra ayrılırlar. Z.Nağiyev bu evliliyin sonlamasında V.Fətullayevanı günahlandırır.
Aktrisa isə Z.Nağıyevin həyatından səssiz-səmirsiz getməyi üstün tutur.
V.Fətullayeva uğursuz evliliyindən sonra bird aha ailə qurmur. Ömrünü sənətinə həsr edir. Bütün yaşamaq istədiklərini teatr səhnəsində canlandırır. Onun teatrda dillər əzbəri olan gözəl rolları olsa da, Daha çox filmlərdə və televiziya tamaşalarında yaratdı obrazlarla sevilib.
Aktirsa 1982-ci ildə Azərbaycan SSR əməkdar artisti adına, 1984-cü ildə isə Azərbaycan SSR mükafatına layiq görülüb.
Aktrisanı tamaşaçılara sevdirən obrazıları isə “Göz həkimi” filmində İradə obrazı və “Firəngiz” filmindəki Firəngiz obrazlarıdır.
Həyatın ağır sınağından təzə çıxmış bu cavan xanımın taleyində yenə fırtınalar qopmağa başlayır. Aktrisa amansız xəstəliklə mübarizə aparmalı olur. Yaradıcılığının bulaq kimi çağladığı bir vaxtda ağır xəstəliyə düçar olması onu sarsıtmışdı.
Nə qədər mübarizə aparsa da aktrisa amansız xəstəliklə həyat savaşında məğlub olur. O, 1987-ci il mayın 21-də gözlərini bu dünyaya əbədi yumur. Yasamal qəbiristanlığında dəfn olunur.
Əntiqə Kərimzadə
Digər Xəbərlər
25 Avqust 2026 14:35
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB
24 Avqust 2026 12:30
Məşhur aktyorun anım günüdür
24 Avqust 2026 10:13
Bakıda axşam konsertləri təşkil edilib
23 Avqust 2026 23:54
Xalq artisti Tofiq Bakıxanov vəfat etdi
23 Avqust 2026 23:05
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTOLAR
21 Avqust 2026 17:32
Bakıda “Ahıska türkləri – itmiş sürgünün izində” sərgisi açıldı
18 Avqust 2026 16:53
Bu teatra Müslüm Maqomayevin adı veriləcək
18 Avqust 2026 13:52


Bakı -°C

