adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
13 Yanvar 2021 21:10
18259
DÜNYA
A- A+

Lavrov erməni həmkarı ilə Moskva bəyanatını müzakirə edib

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla erməni həmkarı Ara Ayvazyan arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, söhbət zamanı tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin yanvarın 11-də Moskvada keçirilmiş sammitində Dağlıq Qarabağa dair əldə etdikləri razılaşmaların həyata keçirilməsini müzakirə ediblər.

Habelə, ikitərəfli və regional gündəliyin bir sıra aktual məsələləri diqqətdə olub.