adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
13 Yanvar 2021 12:56
18170
DÜNYA
A- A+

Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi

Koronavirusa yoluxmuş Ermənistan prezidenti Armen Sarkisyan xəstəxanaya yerləşdirilib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə prezidentin mətbuat xidməti bildirib.

Qeyd olunub ki, bu ayın əvvəlində Londonda koronavirusun yeni ştammına yoluxan A.Sarkisyan ev şəraitində müalicə olunurdu.

Amma həkimlər onda ikitərəfli pnevmoniya aşkar edib. Onun vəziyyəti barədə ətraflı məlumat verilməyib.