SON DƏQİQƏ:

Vasif Talıbov İran səfiri ilə görüşdü

  16277   |  
Şriftin ölçüsü  

Dekabrın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Adalet.az xəbər verir ki, qonağı salamlayan Ali Məclisin Sədri Seyid Abbas Musəvini ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib. Ali Məclisin Sədri Azərbaycan-İran əlaqələrindən, eləcə də Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasındakı əməkdaşlıqdan bəhs edib, ikitərəfli münasibətlərin perspektivlərini diqqətə çatdırıb.

Seyid Abbas Musəvi Ali Məclisin Sədri ilə görüşdən və Naxçıvana səfərindən böyük məmnunluq duyduğunu bildirib. Azərbaycan Respublikasının şanlı qələbəsi münasibətilə Ali Məclisin Sədrinə təbriklərini çatdıran səfir İranın Azərbaycana dəstək verdiyini və xalqımızın sevincinə şərik olduğunu vurğulayıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Seyid Əhməd Hüseyni görüşdə iştirak edib.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-28
2021-01-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
January: 28, 26 23, 22, 19, 16, 14, 12, 09, 07,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK