adalet.az header logo
  • Bakı -°C
24 Sentyabr 2026 08:38
36
ƏDƏBİYYAT
A- A+

Mən səni görmək istərəm

Tək bir yol — mən səni görməsəm, inan,
Olaram odlarda alışıb yanan.
Qınasa da məni bütün el-məkan,
Yenə də mən səni görmək istərəm,
Mən səndən kədəri dərmək istərəm.

******

Mən yansam, Günəş də alışıb yanar,
Mən yansam, sinəndə ürək dayanar,
Mən yansam, sevənlər sevgisin danar.
Hər zaman mən səni görmək istərəm,
Mən səndən kədəri dərmək istərəm.

******

Məhəbbət Məcnunu dəli eylədi,
Kərəmi yandırdı, yolda əylədi,
Həcər Nəbi üçün nələr eylədi!
Hər zaman mən səni görmək istərəm,
Qəlbindən kədəri dərmək istərəm.

******

Mən çörək də yesəm, mən su da içsəm,
Enişdən, yoxuşdan, dardan da keçsəm,
Özümə mən yeni dostlar da seçsəm,
Yenə də mən səni görmək istərəm,
Qəlbindən kədəri dərmək istərəm.

******

Mən qəmli də olsam, ya da şad olsam,
Ya yaxın, ya uzaq, ya da yad olsam,
Közərib-közərib, dönüb od olsam,
Yenə də mən səni görmək istərəm,
Qəlbindən kədəri dərmək istərəm.

******

Lağ eylə, dəli de, ya da gül mənə,
Kədəri nemət tək gətir, böl mənə,
Ya da ki, başa düş, sən dön gəl mənə.
Nə edim, mən səni görmək istərəm,
Qəlbindən kədəri dərmək istərəm.

******

Xoş günün əli ilə itirəndə var,
Zərbəni özünə yetirən də var,
Özünə qəm-qüssə gətirən də var.
Sən o-san, mən səni görmək istərəm,
Sənin kədərini hörmək istərəm.

******

Şeirin müəllifi:Dünya Qarabağlı-Azərbaycan Texniki Universitetinin Beynəlxalq Biznesin İdarə edilməsi ixtisasının magistratura tələbəsi.