Mal əti bahalaşdı - VİDEO
Son bir neçə gündə paytaxtda mal ətinin qiymətində nəzərəçarpacaq artım müşahidə olunur.
Adalet.az ATV-yə istinadən xəbər verir ki, həm sümüklü, həm də sümüksüz ətin kiloqramı bir-iki manat civarında bahalaşıb.
Qəssabların sözlərinə görə, hazırda sümüklü mal ətinin qiyməti 19, sümüksüzün qiyməti isə 25 manatdır. Əvvəl isə sümüklü 18, sümüksüz 23 manat idi. Səbəb isə malın az olmasıdır.
Bölgələrdə də heyvanların qiymətində müəyyən qədər artım var. Göyçayda qəssab kimi fəaliyyət göstərən Hüseyn Verdiyev deyib ki, artım son 10 gündür müşahidə olunur: “Ot və yem bahadır. 10 ay bir dananı saxlayırlar, satanda isə əziyyətinə dəymir. Ona görə də heyvan saxlayanların sayı azalır. Bu da məhsulun azalmasına və qiymət artımına səbəb olur”.
Fermer Mürşüd Nəbiyev isə bildirib ki, otlaq sahəsi olsa da, bu da xeyli xərc tələb edir: “Bu qədər xərc tələb edirsə, qiymət də artmalıdır. Əvvəl 8-10 baş mal saxlayırdımsa, indi bu rəqəm 4-5 baş olub”.
İqtisadçılar isə ətin qiymətinin artmasını qlobal bazardakı qiymətlərlə əlaqələndirir. Bunun səbəbi isə ətin maya dəyərinin artmasıdır.
Kənd Təsərrüfatı Nazirliyindən isə qeyd edilib ki, hazırda məsələ araşdırma tələb edir.
Digər Xəbərlər
24 Sentyabr 2026 10:40
“Heç olmasa adamların öz halal pulundan özünə borc verilsin”
24 Sentyabr 2026 10:10
“Əldə ediləcək əlavə gəlirlərin müəyyən hissəsinin gələcəkdə gəlir yaradacaq...”
23 Sentyabr 2026 20:38
Bu ödənişlərə 50 faiz güzəşt - Yeni qayda
23 Sentyabr 2026 10:51
“Bu, qeyri-neft sektorunun inkişafına xüsusi töhvə verəcək”
22 Sentyabr 2026 20:09
"Ölkə iqtisadiyyatının artım templəri çox da böyük deyil" - Prezident
22 Sentyabr 2026 15:55
"Yanaşmamız xammalı daha çox emal etməkdir" - Mikayıl Cabbarov
22 Sentyabr 2026 11:02
“Bunun üçün milyardlarla dollar investisiya və illər lazımdır”
21 Sentyabr 2026 07:34


Bakı -°C

