adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
24 Noyabr 2020 17:34
19179
DÜNYA
A- A+

Dağlıq Qarabağla bağlı bütün öhdəliklər icra olunur - Lavrov

Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladığı atəşkəslə bağlı bütün öhdəliklər icra olunur.

Adalet.az-ın məlumatına görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatın həyatqabiliyyətliliyi hər gün təsdiq olunur:

“Rusiyalı sülhməramlılar ən qısa müddətdə müvafiq əməliyyatların icrasına başladılar və həm erməni, həm də Azərbaycan icması ilə sıx əməkdaşlıq edir, humanitar problemlərin həllinə kömək göstərir”.