SON DƏQİQƏ:

Prezidentin köməkçisi: “Euronews” çəkiliş qrupunun Ermənistan tərəfindən atəşə tutulmasını pisləyirik

  9282   |  
Şriftin ölçüsü  

Azərbaycanın işğaldan azad edilmiş Talış və Suqovuşan kəndlərində peşəkar jurnalist fəaliyyətini həyata keçirən “Euronews” çəkiliş qrupunun və onların istifadə etdiyi nəqliyyat vasitəsinin Ermənistan silahlı qüvvələri tərəfindən kornet tipli tank əleyhinə raketlə atəşə tutulmasını kəskin şəkildə pisləyirik.

Adalet.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev deyib ki, Ermənistanın bu hücumunu azad sözə və peşəkar jurnalistikaya təcavüz kimi qiymətləndiririk:

"Xoşbəxtlikdən raket hədəfdən yayınmışdır, çəkiliş qrupu xəsarət almamışdır. Nəqliyyat vasitəsinə qəlpələrlə zərər dəymişdir.

Üzərində “Euronews”-un uzaq məsafədən seçilən fərqləndirici nişanı olan nəqliyyat vasitəsinə tank əleyhinə idarəolunan raket vasitəsilə hücum hədəfli və məqsədyönlü xarakter daşımışdır.

“Euronews”-un reportajında raketin hərəkətdə olan nəqliyyat vasitəsinin üzərindən yaxın məsafədən keçdiyi aydın şəkildə görünür (https://vimeo.com/472347741).

Bundan əvvəl Azərbaycan media nümayəndələri də Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmuş, jurnalistlər arasında yaralananlar olmuş, çəkiliş qruplarının nəqliyyat vasitələrinə zərər dəymişdir".

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan tərəfdən hərbi əməliyyatlar barədə reportajlar hazırlayan beynəlxalq media nümayəndələri öz ölkələrinə qayıtdıqda belə erməni lobbi dairələrinin verbal və fiziki hücumları, şantajları və təhdidləri ilə üzləşirlər:

"Bəzi hallarda erməni lobbisinin təzyiqləri altında peşəkar fəaliyyətini həyata keçirən jurnalistlər işlərini itirməli olurlar. Fransanın TF1 televiziya kanalına və onun Azərbaycandan reportaj hazırlamış çəkiliş qrupuna Fransa erməni lobbisi tərəfindən olan hücumlar bunun bariz nümunəsidir.

Hal-hazırda Azərbaycanda 70-dən artıq beynəlxalq media nümayəndəsi fəaliyyət göstərir. Cəbhədəki əməliyyat şəraitinə uyğun olaraq onların cəbhədən reportajlar hazırlamasına və öz peşəkar fəaliyyətini həyata keçirməsinə imkan yaradılır".

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-11-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 24, 21, 19, 17, 14, 12, 11, 07 05, 03,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK