SON DƏQİQƏ:

Sumqayıtda polis maskadan istifadəyə nəzarəti gücləndirdi - FOTO

  11435   |  
Şriftin ölçüsü  

Daxili işlər orqanlarının əməkdaşları arxa cəbhədə həm ölkə ərazisində elan edilən hərbi vəziyyət, həm də koronovirusla mübarizədə yorulmadan xidmətlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumatda bildirilir ki, bu istiqamətdə Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində infeksiyanın yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər görülür.

Belə ki, yol polisləri tərəfindən Sumqayıt şəhəri ərazisində ictimai nəqliyyata qoruyucu tibbi maskadan istifadə etməyərək daxil olan şərnişinlər və sürücülər müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilirlər. Həmçinin şöbə əməkdaşları tərəfindən Sumqayıt şəhər avtovağzalında və şəhərin çıxış nöqtələrində yaradılan mobil postlar vasitəsi ilə paytaxt istiqamətində hərəkət edən avtobuslarda sərnişinlərin karantin qaydalarına əməl edib-etmədiklərinə nəzarət olunur.

Qeyd edək ki, Sumqayıt avtovağzalında tibbi maskası olmayan sərnişinlərin avtobuslardan istifadə etməsinin qarşısı polislər tərəfindən qəti olaraq alınır.
Həmçinin ictimai nəqliyyatda yol polisləri tərəfindən insanlar arasında daim profilaktik söhbətlər aparılaraq onlara sanitar-epidemioloji normalara əməl etməyin, sosial məsafənin təmin edilməsinin, eləcə də tibbi maskadan istifadənin zəruriliyi barədə tövsiyələr verilir. Sumqayıt şəhərində karantin qaydalarına əməl olunmasını təmin etmək məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 2 noyabr saat 06:00-dək uzadılıb.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-11-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 24, 21, 19, 17, 14, 12, 11, 07 05, 03,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK