Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edildi
Dövlət Mülki Aviasiya Agentliyinin İdarə Heyətinə yeni sədr müavini təyin edilib.
Adalet.az-ın məlumatına görə, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin əmri ilə Şahin Abbasov Nazirliyin tabeliyindəki Dövlət Mülki Aviasiya Agentliyinin İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.
Şahin Abbasov 1991-ci ildə anadan olub. 2010-2013-cü illərdə Böyük Britaniyanın SOAS, London Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2014-2015-ci illərdə Böyük Britaniyanın Kembric Universitetində Beynəlxalq hüquq üzrə magistr təhsili alıb.
2014-2016-cı illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında çalışıb.
2016-2018-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsində çalışıb.
2018-2025-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində müxtəlif vəzifələrdə çalışıb.
2025-ci ildən hazırkı vəzifəsinə təyin olunanadək Dövlət Mülki Aviasiya Agentliyinin İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 24 iyun tarixli “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Digər Xəbərlər
04 Noyabr 2026 17:25
Bakıda 100-dən çox yeni park və bağ yaradılıb
04 Noyabr 2026 16:06
Prezident xanımı və qızı ilə “AIREX 2026” sərgisi ilə tanış oldu - YENİLƏNİB + VİDEO
04 Noyabr 2026 15:58
Milli Fəaliyyət Planı hazırlanacaq - SƏRƏNCAM
04 Noyabr 2026 15:53
Kamran İmanov "Şərəf" ordeni ilə təltif edildi
04 Noyabr 2026 13:15
5 günlük leysan gəlir - Temperatur 10 dərəcə enəcək - Proqnoz
04 Noyabr 2026 13:08
"Qeyri-neft sektoru üzrə təmin olunmalı gəlirlərin dəqiqləşdirilməsinə zərurət var" - Palata sədri
04 Noyabr 2026 11:14
İpoteka götürmək istəyənlərə şad xəbər
04 Noyabr 2026 11:11


Bakı -°C

