adalet.az header logo
  • Bakı 18°C
22 Oktyabr 2020 12:53
212101
MƏMLƏKƏT
A- A+

Xalid Kazımlıdan maraqlı status

Dostlar siyahımdakı hər kəsin tanıdığı bir dindar dostum var, bir də hamının tanıdığı ateist dostum. Ateist qardaş bu gün deyir ki, əhd eləmişəm, Şuşa alınsın, Yuxarı Gövhər ağa məscidində qanun-qaydayla namaz qılacağam. Dindar dostum da hələ müharibə başlayandan deyir ki, Şuşa alınsın, səninlə oturub araq içəcəm (heç vaxt içməyib). 

Siz vətən torpağında gücə, Şuşadakı həşəmətə baxın, ateistə namaz qıldırır, möminə araq içirdir...  Adamların adlarını soruşsanız, deməyəcəm. Vicdan məsələsidir...