SON DƏQİQƏ:

ERMƏNİ  HƏYASIZLIĞININ  PİK  HƏDDİ

  44415   |  
Şriftin ölçüsü  

Bu gün baş verən hadisələrin bütün mənzərəsini göz önündə canlandıranda həqiqətən başqa söz tapmaq çətin olur. Çünki tarixi gerçəkliyi, min illərin reallığını görməmək, ona etinasızlıq göstərmək və bununla da kifayətlənməyib həyasızcasına dünya ictimaiyyətinin gözünə kül üfürmək həqiqətən də şərəfsizliyin pik həddidi. Bu mənada düşünmək, danışmaq, fikir söyləmək adamın əsəblərini tarıma çəkir. Ona görə ki, həqiqəti görməyənə, daha doğrusu, onu görmək istəməyənə başa salmaq adamın səbr kasasını daşdırır. Ağı qara görən deməli, doğuşdan şikəstdi. Onun müalicəsi yalnız öz yerində oturtmaq və təkcə sözlə yox, həm silahla başa salmaqdan ibarətdir. Biz 1988-ci ildən başlayan və hələ də böyük dünyanın münaqişə hesab etdiyi bir müharibəyə cəlb olunmuşuq. Özü də bu müharibə soyqırımla, insanların öz yurd-yuvasından köçürülməsi ilə müşahidə edilibdi. Bu barədə fikir söyləyən Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandanımız İlham Əliyev cənabları dəfələrlə vurğulayıb ki, Ermənistan işğalçı dövlət beynəlxalq hüquqa, BMT-nin məlum qərarlarına hörmətsizlik, sayğısızlıq göstərir.

Təbii ki, biz baş verənlərin əvvəlinə üz tutsaq görərik ki, zaman-zaman Azərbaycanın bir parçası olmuş İrəvan xanlığının ərazisində bu gün bir nəfər də olsun torpağın əsl sahibi qalmayıb. Onların hamısı silah gücünə departasiya edilibdi. Özü də bu departasiya insanlara təkcə mənəvi sarsıntı yox, həm də böyük maddi itkilər hesabına nəticələnibdi. 

Konkret rəqəmlərə üz tutsaq görərik ki, Ermənistan ərazisindən zorla köçürülmüş insanların bütün maddi sərvətləri, ev əşyalarından tutmuş onlara məxsus heyvanlara, avtomobillərə, bütövlükdə texniki vasitələrə aid nə varsa, hamısı düşmən tərəfindən  silah gücünə mənimsənilbdi. Üstəlik, bu insanların həmin dövrdə Ermənistan banklarında olan əmanətləri də düşmən tərəfindən qamarlanıbdı. Bu rəqəmərin Dağlıq Qarabağın azərbaycanlılar yaşayan ərazilərinə, eləcə də işğal olunmuş digər 6 rayonumuzun mənzərəsinə əlavə etsək, onda görərik ki, erməni vandallar azərbaycanlıların alın təri hesabına qazandıqları böyük məbləğdə vəsaitləri talamış, yağmalamışdı.

Əgər həmin ərazilərdə qalan maddi mədəniyyət nümunələrini, mineral yataqlarını, ekoloji sərvətlərimizi, qızıl yataqlarımızı və digərlərini də bura əlavə etsək, onda görərik ki, bu gün düşmən bizə aid olan var-dövlətin hesabına silahlanır və üstəlik də özünü dünyanın ən məzlum və ən əzabkeş xalqı kimi göstərməyə çalışır.

Sözsüz ki, bütün bu baş verənlər təkcə ermənilərin özlərinin gücü deyil, onlar arxalandıqları güclərə söykənərək bu addımları atırlar.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də vurğuladığı kimi "Ermənilərin atdığı hər bir addım danışıqlar prosesini süni şəkildə uzatmağa və bununla da öz məkrli istəklərini gerçəkləşdirməyə hesablanıbdı. Təəssüf ki, bunu problemin çözümünü öz üzərinə götürmüş Minsk qrupu da, onların aid olduğu böyük dövlətlər də görürlər".

Təkcə son günlərdə  baş verən hadisələrə diqqət yetirsək, onda görərik ki,  ermənilər bütün vasitələrdən, bütün məqamlardan istifadə etməkdə, yararlanmaqda nə qədər pərgardılar. Onlar hətta faciələrdən fəndgirliklə istifadə edirlər. Beləki, Beyrutda baş vermiş partlayış barədə dünya ictimaiyyəti artıq məlumatlıdı. Hər bir dövlət bu faciə ilə bağlı müəyyən xoş, təsəlliverici addımlar atır. Təəssüf ki, Ermənistan tərəfi yenə də özünü maskalanmış şəkildə ortaya atıbdı. Beynəlxalq qanunlara hörmətsizlik edən Ermənistan Beyrutda zərər çəkmiş və ermənilərin məntiqinə görə sığınacaq ehtiyacı olan Livan ermənilərini Azərbaycanın işğal olunmuş ərazilərinə köçürməyə başlayıblar. Özü də bu tədbiri sülhməramlı bir aksiya kimi dünya mediasına çıxarmağa başlayıblar. Doğrudur, artıq onların iç üzünə bələd olan dövlətlər, ölkələr, insanlar bunun nə qədər çirkin bir oyun olduğunu bəyan etməkdədilər. Azərbaycanın Xarici İşlər Nazirliyi, Azərbaycanın Dağlıq Qarabağ İcması, ölkə rəhbərliyi artıq bunula bağlı artıq bütün beynəlxalq qurumlara müraciətlər ünvanlayıblar. Həmin müraciətlərdə bildirilir ki, ermənilərin bu addımları yolverilməzdir və ən azından Minsk qrupunun həmsədri olan ölkələrə meydan oxumaq və hörmətsizlikdir.

Dağlıq Qarabağ Azərbaycanlıları İcmasının rəhbəri Tural Gəncəliyev öz açıqlamasında bildirib ki, "Ermənistanın təcavüzkar kimi məsuliyyətə cəlb edilməsi bütün səviyyələrdə araşdırılmalı və onların cinayətləri öz həqiqi qiymətini almalıdır.

Əgər bu ilin may ayında siyasi müstəvidə baş verən bir olaya diqqət yetirsək, onda görərik ki, ermənilər həqiqətən özlərindən daha çox güvəndikləri, arxalandıqları güclərin diqtəsilə hərəkət edirlər. Bu ilin may ayında gündəmə gəlmiş bir məqama diqqət yetirək. Belə ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məsələlərdən danışarkən bildirmişdi ki, guya Dağlıq Qarabağın erməni icması öz təhlükəsizliyini qorumaq üçün Ermənistan ordusundan istifadə edir. Bu, təbii ki, Azərbaycan tərəfindən birmənalı olaraq çox kəskin açıqlamalarla qarşılandı. Hətta Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev vurğuladı ki, "Mən Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin hüquqi əsaslarla seçilən nümayəndəsi olaraq bildirirəm ki, belə fikirlər tam əhəmiyyətsizdir və işğal faktını ört-basdır etmək məqsədlərinə xidmət edir". Qeyd etmək istəyirəm ki, münaqişə istənilən halda Azərbaycan Respublikasının 11-ci maddəsinə uyğun şəkildə nizamlanacaq. Həmin maddədə isə aydın şəkildə bildirilir ki, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir".

Bəli, bu gün Azərbaycan prezidentinin, Heydər Əliyev Fondunun, xüsusilə bu fondun rəhbərlərinin ən yüksək səviyyəli görüşlərdə, xarici səfərlərində və ölkə hüdudlarından kənarda keçirilən bütün tədbirlərdə Xocalı, Qaradağlı soyqırımları, Şuşanın işğalı, bütövlükdə Azərbaycan mədəniyyətinə, tarixinə vurulan zərbələr konkret faktlarla diqqətə təqdim olunmuşdu. Məhz bunun nəticəsidir ki, artıq dünya ölkələrinin bir çoxunda Azərbaycan həqiqətləri birmənalı şəkildə qəbul edilir, Xocalı faciəsi anılır.

Sözsüz ki,  bütün bunlar Azərbaycanın apardığı uğurlu xarici siyasətin nəticəsidir.

Dünyanın indiki durumunda, yəni pandemiyanın tüğyan etdiyi bir məqamda öz çirkin əməllərindən əl çəkməyən Ermənistanın Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşma aparması zənnimcə, bizim səbrimizin sonunun gəlib çatdığını göstərməlidir. Biz artıq düşmənlə masa arxasında yox, səngərdə üz-üzə gəlməyə qərar verməliyik. Azərbaycan Prezidentinin də dediyi kimi, xalqımızın səbri hüdudsuz deyil. Onun bir gün daşacağı qaçılmazdır!..

 

Əbülfət MƏDƏTOĞLU

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-21
2021-09-20

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK