adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
27 Sentyabr 2020 20:44
23490
GÜNDƏM
A- A+

Polkovnik: Azərbaycan ordusu irəliləyir və Ermənistan panika içərisindədir

Bu gün Azərbaycan xalqı Dağlıq Qarabağ məsələsində bir mövqedən çıxış edir, hamısı Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yanındadırlar və biz bunu hər yerdə görürük, bu hər yerdə hiss olunur.

Bunu Trend-ə açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, ordumuzun atdığı addım və günün sonuna kimi olan uğurlar Azərbaycan cəmiyyətini sevindirməyə bilməz:

“Əlbətdə bu insanlarda olan ruh yüksəkliyinə daha da rəng qatır. Hazırda bütün ölkə üzrə orduya dəstək, çağırışlar var, düşünürəm ki bu istiqamətdə də hər şey inkişaf edəcək və eləməlidir, belədi ki, bu bizim gözlədiyimiz andır, əmrdir. Bilirsiniz ki, hər bir kəs istər əlisilahlı, istər mülki şəxslər hamısı bir kimi deyirdi ki, artıq vaxtdır, uzatmaq bizim xeyrimizə deyil və bununla bağlı çoxlu sayda müraciətlər olub. Hal-hazırda hər bir vətəndaşın ürəyincə olan addım atılır, hamısı bu qərarı dəstəkləyir və sevinir. Necə deyərlər bu nəticə axarıncı olsun və yeni qələbələr və ürəkaçan məlumatlar Azərbaycan orusu tərəfindən alaq. Atdığımız addım sonuncu addıma qədər olsun və bu addım da ərazi ərazi bütövlüyümüzün bərpası olsun”.

Şair Ramaldanov əlavə edib ki, Ermənistan əhalisi panika içindədir:

“Təbii ki, Ermənistan əhalisi hazırda təşviş içində olmalıdı, onlar belə bir addımın atılacağını gözləmirdilər. Bu günə kimi yalnız təxribat olub və Azərbaycan təxribatın qarşısı alınıb, bu kimi irimiqyaslı əks hücum olmayıb. Ona görə də onlar bu fonda düşünürdülər ki, artıq Azərbaycan irimiqyaslı əməliyyat keçirməyə gücü çatmır yaxud istəkləri yoxdur. Başqa tərəfdən də onlar öz havadalarlarına arxayın idilər və bu arxayınçılıq ondan irəli gəlirdi. Ancaq bugünkü addım erməni cəmiyyəti və hərbiçiləri üçün gözlənilməz oldu. Azərbaycan ordusunun əks hücumu nəticəsində demək olar bütün hədəflər məhv olunub. Biz bununla bağlı məlumat alırıq və əsas odur ki, Azərbaycan ordusu irəliləyir və onlar hər irəlilədikcə Ermənistan əhalisində bu panika olacaqdır”.