SON DƏQİQƏ:

YAP İcra Katibliyində “Sosial şəbəkələr: milli maraqlar, siyasi və mənəvi məsuliyyət” mövzusunda videokonfrans keçirilib

  10465   |  
Şriftin ölçüsü  

Sentyabrın 25-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Sosial şəbəkələr: milli maraqlar, siyasi və mənəvi məsuliyyət” mövzusunda videokonfrans keçirilib.

Trend-in məlumatına görə, videokonfransda çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, XXI əsrin texnoloji nailiyyətləri sırasında ən mühüm əhəmiyyət kəsb edən məqamlardan biri informasiya texnologiyalarının ayrıca qolu olan sosial şəbəkələrin həm cəmiyyətin, həm də insanların həyatına ciddi şəkildə daxil olmasından ibarətdir. Onun fikrincə, hazırda cəmiyyət həyatını sosial şəbəkələrdən ayrı təsəvvür etmək mümkün deyil. Hər bir yeniliyin cəmiyyət həyatında daxil olarkən müsbət məqamları ilə yanaşı fəsadları da olur. Bunu sosial şəbəkələrin timsalında da görmək mümkündür.

YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycan cəmiyyətində də sosial şəbəkələr geniş yayılıb, cəmiyyətin və insanların həyatına öz təsirini göstərməkdədir: “Araşdırmalar nəticəsində sosial şəbəkələrin inkişafı, istifadəsi ilə bağlı dünyada və Azərbaycanda iki bir-birindən fərqli meyllər müşahidə olunur. Qlobal miqyasda “facebook” və “tvitter” iştirakçılarının sayı artır. Belə ki, “facebook” iştirakçılarının sayı 71 faizdən 75 faizə, “tvitter iştirakçılarının və istifadəçilərinin sayı isə 6 faizdən 6.4 faziə yüksəlib. “Youtube” və “Instagram” istifadəçilərinin sayı isə azalır. Azərbaycanda isə “facebook” və “tvitter” kimi platfarmalarda iştirakçıların sayı azalır, “Youtube” və “İnstagram” iştirkaçılarının və istifadəçilərinin sayı artır. Amma istənilən halda sosial şəbəkələr həyatımıza yeni çalarlar gətirib. Onun müsbət məqamları ilə yanaşı fəsadları da var. Dünyada bu mövzuda aparılan müzakirələr də iki meyl var. Bir tərəfdən, sosial şəbəkələrin rolu yüksək qiymətləndirilib onun istifadəçilərinin sayı genişlənirsə, digər tərəfdən bu platformanın cəmiyyət həyatındakı fəsadları da ciddi narahatlıq doğurur. Ona görə də, mənfi halların qarşısının alınması üçün sosial şəbəkələrin fəaliyyətində hüquqi tənzimləmələrın yaradılması müzakirə olunur”.

Sosial şəbəkələrin yaratdığı mənfi hallardan danışan Əli Əhmədovun fikrincə, bunların birincisi sosial platformalar vasitəsilə yalan məlumatların kifayət qədər geniş yayılması, ikincisi, ziyanlı təbliğaımn aparılması geniş imkanlar yaratması və üçüncüsü isə şəxsiyyətə qarşı mənəvi terror aparılmasıdır. Onun sözlərinə görə, belə hallara qarşı ictimai qınaq da effekt vermir. YAP Sədrinin müavini qeyd edib ki, bu xoşagəlməz halların qarşısının alınması üçün sosial şəbəkələrin fəaliyyəti ilə bağlı hüquqi tənzimləmə mexanizmlərinin yaradılması məqsədəuyğundur.

Videokonfransda çıxış edən Milli Məclis Sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, sosial şəbəkələr mövzusu həmişə aktual olub. YAP İcra Katibliyinin bu mövzuda təşkil etdiyi konfransın əhəmiyyətli olduğunu deyən Əli Hüseynli tədbirdə müxtəlif siyasi partiyaların rəhbərlərinin iştirak etməsi də ölkəmizdə yeni siyasi konfiqurasiyanın formalaşdığının nümunəsidir.

Birinci vitse-spiker qeyd edib ki, demokratik cəmiyyətlərdə sosial şəbəkələrin fəaliyyətinin hüquqi cəhətdən tənzimlənməsi mürəkkəbdir. Onun sözlərinə görə, sosial şəbəkələrin fəaliyyəti ilə bağlı hüquqi tənzimləmələrlə əlaqədar məsələlər Azərbaycan qanunvericiliyində müəyyən qədər öz əksini tapır. Amma onun tətbiqi üçün müvafiq addımlar atılmalıdır.

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı çıxışında sosial şəbəkələr vasiitəsilə yalan məlumatların, təhqir və böhtanların geniş yayıldığını bildirib. O qeyd edib ki, ona görə də bu platformanın hüquqi cəhətdən tənzimlənməsi olduqca vacibdir.

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa da çıxış edərək sosial şəbəkələrin geniş yayılmasının qarşısıalınmaz bir proses olduğunu deyib. Onun sözlərinə görə, bəzi ölkələrdə bu platforma ciddi problemlər yaradır, digər ölkələrdə isə cəmiyyətin inkişafına böyük töhfələr verir. Ona görə də çalışmalıyıq ki, ölkəmizdə də sosial şəbəkələr cəmiyyətimizə daha çox fayda versin.

Çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev isə müəyyən qrupların məqsədli şəkildə sosial şəbəkələr vasitəsilə ölkəmiz haqqında yanlış rəy formalaşdırmağa, yalan məlumatlar yaymağa çalışırlar. Ona görə də, bu cür hesabların bağlanması yolları tapılmalıdır. Eyni zamanda, rəsmi sənədlər vasitəsilə sosial şəbəkələrdən qeydiyyatdan keçmək üçün mexanizmlər tətbiq olunmalıdır. Bu mexanizmlərin tətbiqi bu platformanın yaratdığı problemlərin qarşısını xeyli dərəcədə ala bilər.

Daha sonra çıxış edən Milli Məclisin deputatı Etibar Əliyev də sosial şəbəkələrlə bağlı dünya ölkələrinin təcrübəsi, bu platformanın hüquqi tənzimləmə mexanizminin yaradılması ilə bağlı aparılan müzakirələr haqqında fikirlərini bildirib, təkliflərini irəli sürüb.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 20, 17, 15, 13, 10, 08, 06, 03, 01,
September: 29,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Silahlı Qüvvələrə yardım etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı eşidir ki, Eskobarın  bacısı  oğlu dayısının evində  təmir işləri  apararkən divardan 17 milyon  dollar və xeyli ləl-cəvahirat  tapıb. Tərpənir  Qazaxa, gedir dayısıgilə. Bir  külüng götürüb başlayır   dayısının   evinin divarını  sökməyə. Dayısı  qalır  mat-məəttəl:

- Ə, nağeyrırsan?

- Eskobarın  bajısıoğlu dayısının evinin divarını  sökəndə on yeddi  milyon  dollar  pul tapeyib. Görüm sən nə qədər  pul gizlədifsən?

- Ay axmaq, mənim pulummu  var?

Vəli dayısına  fikir  verməyib  başlayır  divarı   sökməyə, bu vaxt  divardan  20-30  dəftər  tökülür. Vəli tez dəftəri  götürüb  deyir:

- Dayı,  bə bunnar nədi?

- Heş, a bajoğlu, şeirlərimdi, gələjək nəsillər üçün  saxleyram.

Vəli hirslə deyir:

- Bəy babam Nikolayın  kağız pullarını  gizlətmişdi, tapanda  bir  qəfiyə dəymədi, sən də şeirlərini. Yaxşı ki  mən tafdım,  gör  nəvələrin   tafanda səni nə qədər  söyəjeydilər.

ARXİV

TƏQVİM

FACEBOOK