SON DƏQİQƏ:

Təhsil naziri “World Skills International” (WSI) təşkilatının rəhbər heyəti ilə görüşüb

  9992   |  
Şriftin ölçüsü  

Sentyabrın 23-də Təhsil naziri Emin Əmrullayev “World Skills International” (WSI) təşkilatının rəhbər heyəti ilə onlayn formatda görüşüb.

Təhsil Nazirliyindən Adalet.az-a verilən məlumata görə, görüşün məqsədi Azərbaycanın WSI təşkilatına üzvlüyünün rəsmiləşdirilməsi çərçivəsində ölkənin qarşısında duran əsas prioritetlərin və üzvlüyün ölkə üçün yaradacağı imkanların müzakirəsindən ibarət olub.

Görüş zamanı WSI təşkilatına üzvlüyün “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində görülən tədbirlərin məntiqi davamı olduğu vurğulanıb.

Görüşdə həmçinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Təhsil Nazirliyinin əməkdaşları da iştirak ediblər.

Qeyd edək ki, WSI dünyada peşə bacarıqlarını təbliğ edir və peşələrin Olimpiadası kimi tanınır. Azərbaycanın sözügedən təşkilatın 85-ci üzvünə çevrilməsi, cari ilin oktyabr ayında baş tutacaq Təşkilatın Ümumi Yığıncağına qatılması və beləliklə, üzvlüyün təsdiqlənməsi gözlənilir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-22
2020-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 20, 17, 15, 13, 10, 08, 06, 03, 01,
September: 29,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Silahlı Qüvvələrə yardım etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı eşidir ki, Eskobarın  bacısı  oğlu dayısının evində  təmir işləri  apararkən divardan 17 milyon  dollar və xeyli ləl-cəvahirat  tapıb. Tərpənir  Qazaxa, gedir dayısıgilə. Bir  külüng götürüb başlayır   dayısının   evinin divarını  sökməyə. Dayısı  qalır  mat-məəttəl:

- Ə, nağeyrırsan?

- Eskobarın  bajısıoğlu dayısının evinin divarını  sökəndə on yeddi  milyon  dollar  pul tapeyib. Görüm sən nə qədər  pul gizlədifsən?

- Ay axmaq, mənim pulummu  var?

Vəli dayısına  fikir  verməyib  başlayır  divarı   sökməyə, bu vaxt  divardan  20-30  dəftər  tökülür. Vəli tez dəftəri  götürüb  deyir:

- Dayı,  bə bunnar nədi?

- Heş, a bajoğlu, şeirlərimdi, gələjək nəsillər üçün  saxleyram.

Vəli hirslə deyir:

- Bəy babam Nikolayın  kağız pullarını  gizlətmişdi, tapanda  bir  qəfiyə dəymədi, sən də şeirlərini. Yaxşı ki  mən tafdım,  gör  nəvələrin   tafanda səni nə qədər  söyəjeydilər.

ARXİV

TƏQVİM

FACEBOOK