SON DƏQİQƏ:

Bakıdakı COVİD-19 xəstəxanalarında doluluq səviyyəsi 30-35 faizə enib - TƏBİB

  7327   |  
Şriftin ölçüsü  

Bakı şəhərində COVİD-19 xəstəxanalarında doluluq səviyyəsi 30-35, rayonlarda isə 20 faizə enib.

Adalet.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, amma reanimasiya şöbələrindəki yataqlarda doluluq faizi yüksəkdir:

"Dünya ölkələrində də bu vəziyyəti görmək olar. Dünyada xəstəliyin yoluxma sürəti məhdudlaşdırılıb, amma xəstəliyin ağır keçirilmə tendensiyası var. Buna görə də reanimasiya yataqlarında doluluq var”.

Boş çarpayı sayının sürətlə artmasına səbəb olan amillər haqqında danışan R.Bayramlı qeyd edib ki, əvvəl orta çarpayı günü 14-15 gün təşkil edirdi:

"Amma təcrübə qazandıqca, xəstəliyin gedişatı barədə tibbi məlumatlar çoxaldıqca xəstələri daha erkən evə yaza bilirik. Bəzi xəstəxanalarda bu müddət artıq 7 günədək enib. Bəzi xəstəxanalarda isə bu müddət 8-10 gündür. Təlimlər keçdikcə bu rəqəmi daha da aşağı sala biləcəyik".

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK