SON DƏQİQƏ:

Şərif Ağayar: "Ürəklərdə iz qoya bildi"

  13017   |  
Şriftin ölçüsü  

Bu gün mərhum yazıçı Rafiq Tağının doğum günüdür. Yaşasaydı 70 yaşı olacaqdı.

Yazıçının dostu Şərif Ağayar Adalet.az-a açıqlamasında bildirib ki, Rafiq Tağı insan kimi təkcə ürəklərdə deyil, ədəbiyyatda da iz qoya bilib.

"Rafiq Tağı mənim üçün bənzərsiz yazıçı olmaqla yanaşı, həm də bənzərsiz insandır. Çox sevinirəm ki, o cür dəyərli bir qələm adamı ilə dostluğum olub, ünsiyyətim olub. Onu istər ədəbiyyatda, istər həyatda özü boyda işıq görmüşəm. Vaxtsız və faciəvi ölümünə baxmayaraq yazıçı kimi ədəbiyyatda, insan kimi ürəklərdə iz qoya bildi. Bu, hər adama nəsib olmur.”

Yazıçı hesab edir ki, ömrü nə qədər yox, necə yaşamaq önəmlidir. Rafiq Tağı da bu baxımdan yaxşı yaşadı.

"Rafiq Tağı çox xoşbəxt insan idi. Biz hər zaman keyfiyyətə qaçdığımız halda, ömür-həyat məsələlərində kəmiyyətə qaçırıq. Nəyin bahasına olur-olsun özümüz də çox yaşamaq, yaxınlarımızın da çox yaşamasını istəyirik. Əslində isə ömür dediyin nə qədər yox, necə yaşamaqdır. Rafiq Tağı yaxşı yaşadı. Həyatı, insanları, ən vacibi böyük insanlığın missiyasını başa düşdü və üzərinə düşəni ləyaqətlə yerinə yetirdi. Ruhu şad olsun.

Emin Piri


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK