SON DƏQİQƏ:

Fatehin dəftəri – Necati Doğru

  58928   |  
Şriftin ölçüsü  

Fateh Sultan Mehmetin həqiqətən Din İşləri Nazirinin xütbə mövzusuna çevirdiyi bir qarğışı varmı?

Fatehin!

Neçə qarğışı var?

Birmi?

İkimi?

Beşmi?

Onmu?

Tarixçilər indilik susurlar.

Bəlli ki iqtidardan, təzyiqdən, həbsdən, hədəf taxtası olmaqdan, linç edilməkdən çəkinirlər.

Tarixçilər danışacaq.

Gerçəklər üzə çıxacaq.

Prof. Dr. Süheyl Ünver 88 yaşında vəfat etdi. 88 illik ömrünün 75 ilini araşdırma aparmağa, dərs deməyə, həkimliklə maraqlanmağa, əsaslı bir arxiv qurmağa, elmi məqalələr yazmağa, qəzet yazıların, kitab, risalə, broşürlərə və şeir yazmağa sərf edib.

★★

Prof. Dr. Süheyl Ünver içində Fateh Sultan Mehmetlə bağlı miniatürlər də olan "Fatehin Dəftəri” adlı sənədli kitab yazdı. Və hətta bu kitabı Ərdoğan İstanbul Büyükşehir Bələdiyyə başçısı seçilən zaman İBB-nin kitab çapı ilə məşğul olan şirkəti Kültür A.Ş yenidən çapa verdi.

Bələdiyyə başçısı Ərdoğan da "Bu gözəl kitabı istanbullu soydaşlarımıza təqdim etməkdən qürür duyuram” - deyə dəstək verdi. Oxunmağını istədi. Hə, bax bu Süveyl Enverin "İstanbul risalələri” adlı 5 cildlik kitabının 158-ci səhifəsində "Fatehin qarğışı” bağlı tarixçə var.

★★

Tarixçədə belə deyilir:

"Fateh İstanbulu alıb ordu ilə Ayasofyanın önünə gəldiyi zaman dərindən bir inilti eşitdi. Səsin gəldiyi tərəfə bir adam göndərdi. Saqqalı uzanmış, halı pərişan bir keşiş tapıb gətirdilər.

Fatehin hüzuruna çıxartdılar və soruşdular:

Niyə həbs olunmusan?

Keşiş fala baxdığını və mühasirə hazırlıqları ərəfəsində Konstantinin özünü çağırıb İstanbulku türklərin alıb-almayacağını demək üçün rəml atmasını (qeybdən xəbər verməsini) dediyini, rəmldə İstanbulun türklərin əlinə keçəcəyini dediyini və Konstantinin bu fala əsəbiləşərək onu zindana atdığını danışdı.

Və keşiş dedi:

"Falım doğru çıxdı”.

Fateh də keşişə İstanbulun öz əlindən çıxıb-çıxmayacağını bilmək üçün ondan rəml atmasını və doğru desə, mükafatlandırılacağını dedi.

Keşiş yenə rəml atdı.

Və dedi:

- İstanbul türklərin əlindən müharibə və çevriliş yolu ilə çıxmayacaq. Lakin elə bir zaman gələcək ki, əmlak və ərazilərinin satılacaq, bu sürətlə İstanbul türk malı olmayacaq”.

Fateh təəssüfləndi.

Əllərini havaya qaldırdı.

"İstanbulda qazandığım yerləri əcnəbilərə satanlar Allahın qəzəbinə tuş gəlsinlər!” – deyə qarğış elədi.

★★

Fateh nə deyir?

Mən İstanbulu aldım.

Fatehin bir nəsihəti var.

"Ağlı öldürsən, əxlaq da ölər. Ağıl və əxlaq ölərsə, millət bölünər.

Hakimi pulla aldığın gün ədalət ölər.

Ədaləti öldürdüyün gün dövlət də ölər”.


Dilimizə uyğunlaşdıran: Eminquey

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-19
2021-06-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 27,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK