C-130 təyyarəsinin qəzasından bir il ötür
Bu gün Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 hərbi nəqliyyat təyyarəsinin Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğramasından bir il ötür.
Adalet.az xatırladır ki, 2025-ci il noyabrın 11-də Azərbaycandan Türkiyəyə uçan təyyarə Gürcüstan ərazisində, Azərbaycan sərhədindən təxminən 5 kilometr məsafədə qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarədə olan 20 hərbçi həlak olub.
Türkiyənin Milli Müdafiə Nazirliyi qəza ilə bağlı ilkin araşdırmanın nəticələrini 2026-cı il aprelin 9-da açıqlayıb. Hesabatda bildirilib ki, təyyarənin qalıqlarından götürülən nümunələrin təhlili zamanı nə daxili, nə də xarici hissələrdə partlayıcı maddə izləri aşkarlanıb.
Nazirliyin məlumatına görə, uçuşun son anlarına qədər rəqəmsal qeydlərdə ekipaj üzvlərinin danışıqlarında və təyyarənin sistemlərində hər hansı nasazlıq qeydə alınmayıb. Hadisənin qəfil baş verdiyi bildirilib.
Qeyd olunub ki, quyruq hissəsinin gövdədən ayrılması nəticəsində Uçuş Məlumatları Qeydedicisinin (FDR) elektrik və məlumat kabelləri qırılıb. Bu səbəbdən qəzanın səbəblərini aydınlaşdırmağa kömək edə biləcək əlavə məlumat əldə etmək mümkün olmayıb.
Qəza nəticəsində şəhid olan 20 hərbçinin adları və Türkiyə Silahlı Qüvvələrindəki rütbələri belədir:
Gökhan Korkmaz – polkovnik-leytenant, pilot;
Serdar Uslu – mayor, pilot;
Nihat İlgen – mayor, pilot;
Cüneyt Kandemir – baş leytenant, pilot;
Emre Mercan – baş leytenant, təyyarə təmiri üzrə mütəxəssis;
Nuri Özcan – baş gizir, təyyarə texniki xidməti üzrə;
Ümit İnce – baş gizir, təyyarə texniki xidməti üzrə;
Hamdi Armağan Kaplan – gizir, təyyarə texniki xidməti üzrə;
Burak Özkan – gizir, təyyarə texniki xidməti üzrə;
İlker Aykut – gizir, təyyarə texniki xidməti üzrə;
Akın Karakuş – gizir, təyyarə texniki xidməti üzrə;
Emrah Kuran – gizir, təyyarə texniki xidməti üzrə;
Ramazan Yağız – gizir, təyyarə texniki xidməti üzrə;
Emre Altiok – baş çavuş, təyyarə texniki xidməti üzrə;
Berkay Karaca – baş çavuş, təyyarə texniki xidməti üzrə;
Burak İbbiği – baş çavuş, təyyarə texniki xidməti üzrə;
İlhan Ongan – baş çavuş, təyyarə texniki xidməti üzrə;
Ahmet Yasir Kuyucu – baş çavuş, aviasiya təminatı üzrə;
Cem Dolapcı – mütəxəssis çavuş, hava nəqliyyatı üzrə;
Emre Sayın – mütəxəssis çavuş, hava nəqliyyatı üzrə.
Qeyd edək ki, siyahıda rütbələr Türkiyə Silahlı Qüvvələrinin orijinal təsnifatına uyğun verilib.
Digər Xəbərlər
11 Noyabr 2026 14:44
Xocavənddə traktor minaya düşdü - Sürücü xəsarət aldı
11 Noyabr 2026 11:50
Babək prospektində maşın körpüdən aşdı - Video-Yenilənib
11 Noyabr 2026 10:56
50 yaşlı qadın su çənində boğuldu
11 Noyabr 2026 09:51
Şöbə rəisi qəfil vəfat edi
10 Noyabr 2026 11:13
Bulvardakı qayalıqda köməksiz qaldı, belə xilas edildi - VİDEO
08 Noyabr 2026 19:11
Qazaxda "KamAZ" sürücüsü sükan arxasında öldü
08 Noyabr 2026 11:42
Həmin tuneli yenə su basıbmış - VİDEO
07 Noyabr 2026 09:41


Bakı -°C

