adalet.az header logo
  • Bakı -°C
11 Noyabr 2026 22:14
74
DÜNYA
A- A+

Qalibaf: Tehran şərtlərini irəli sürüb, indi növbə Vaşinqtondadır

İran Hörmüz boğazının açılması və danışıqların bərpası üçün yerinə yetirilməsi vacib olan 7 şərtlə bağlı ABŞ-dən rəsmi cavab gözləyir.

Adalet.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf "Al Jazeera" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Tehran mövqeyini Qətərdən olan vasitəçilərlə Vaşinqtona çatdırıb, lakin ABŞ tərəfi hələ ki, konkret cavab təqdim etməyib. "İndi növbə Vaşinqtondadır", - Qalibaf vurğulayıb.

İranın əsas tələbləri arasında iqtisadi və neft embarqosunun ləğvi, İran aktivlərinin dondurulmaqdan çıxarılması, Tehrana müttəfiq qüvvələrlə münaqişə də daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması, həmçinin ölkənin daxili işlərinə müdaxilədən imtina edilməsi var.

Qalibaf qeyd edib ki, bu şərtlərin yerinə yetirilməsi tərəflər arasında etimadın bərpası və tamhüquqlu danışıqlara keçid üçün zəruridir. Onun sözlərinə görə, vasitəçilər ABŞ tərəfinin cavabını gözləmə müddətini yeddi gündən iki günə qədər qısalda biliblər.

İran nümayəndə heyətinin rəhbəri həmçinin xəbərdarlıq edib ki, ABŞ və ya İsrail tərəfindən yeni hücum olacağı təqdirdə Tehran güclə cavab verəcək. O bildirib ki, İran müdafiə qabiliyyətini gücləndirib və münaqişənin mümkün gərginləşməsinə hazırdır.