adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
13 Iyun 2021 11:12
213954
MƏMLƏKƏT
A- A+

Qarabağda “gilənar”, Şirvanda albalı, Bakıda “vişnə” – Faydaları və zərərləri

 

Əvvəlcə qeyd edim ki, mən qarabağlı olduğum ücün bu meyvə haqqında "gilənar” sözü işlədəcəm. Yeri gəlmişkən, daş yuxuya getmiş yazıcımız Əkrəm Əylislinin "Gilənar çiçəyinin dedikləri”əsərindən də bilirəm ki. Naxcıvanlılar da bu meyvəyə elə eyni adı deyirlər.Uzun sözün qısası, ürəyi istəyənlər bölgələrinə uyğun olaraq necə ürəkləri istəyir, meyvənin adını elə də oxusunlar...”Albalı”, "Vişnə”

 

 

Adalet.az xəbər verir ki, gilənar iştahı artırır, qanazlığına qarşı faydalıdır. Meyvəsi və şirəsi antiseptik xassəyə malikdir.

 

 
Təsərrüfatla mütəmadi məşğul olan peşəkar bağbanlar söyləyir ki, gilənar 3-4 metr hündürlüyə qədər qalxa bilən ağacın meyvəsidir. Onun yarpaqları tünd yaşıl, çiçəkləri isə ağ, bəzən isə çəhrayı rəngə malik olur. Gilənar çiçəklərinin diametri 2-3 santimetr olur və yazın ilk aylarında çiçək açır. Gilənar kiçik, yumru, tünq qırmızı və turşaşirin dada malik olur. Onun çiçəklənməsi və yetişməsi bitdiyi bölgənin iqlimindən asılı olaraq yayın müxtəlif aylarında baş verə bilir. Gilənar ağacı adətən əkildikdən 3 il sonra bar verməyə başlayır və 15-20 il ömür sürür.

 

 

Gilənarın faydaları

 

Tibb elminin məlumatlarında deyilir ki, gilənar kalorisi 290 kKal, enerji dəyəri isə yetərincədir. Onu həddinddən çox yemək artıq çəkinin əmələ gəlməsinə səbəb ola bilir. Onun 100 qram qurusunda 52 kKalori var.

 

 
100 qram albalıda olan qida dəyəri:
 
- Zülallar - 0,8 qr
- Yağlar - 0,2 qr
- Karbohidratlar - 10,6 qr
- Su - 84,5 qr
- Kalori - 52 kKal.

 

 

 
Tərkibi çoxlu faydalı maddələrlə zəngindir: E, C, PP, B1, B2, B9 vitaminləri, karotin, fol turşusu, təbii turşular, kalium, maqnium, natrium, fosfor, yod, dəmir, pektin, sink, marqanes, ftor və s. aiddir.

 

Gilənarın tərkibindəkilər ağciyər xəstəlikləri, qan azlığı, böyrək xəstəlikləri, artroz və qəbizlik zamanı çox faydalı təsir göstərir.

Dünyanın tanınmış tibb dərgilərinin yazdığına görə, gilənarın tərkibində olan və ona rəng verən antosian orqanizm tərəfindən asan sorulur və qanın laxtalanmasının qarşısını alır. Onun bu xüsusiyyəti arteriya damarlarının ateresklerozunun qarşısının alınmasına səbəb olur. Tərkibində olan C, B qrup vitaminləri, dəmir, maqnium, kolbat, piqmentlər isə qan azlığı zamanı çox faydalıdır.

 

Gilənarın tərkibində olan mikroelementlər qan azlığı əlamətlərini aradan qaldırır, pektin maddəsi isə şlakların orqanizmdən xaric olunmasına səbəb olur.
Loğmanların bildirdiyinə görə, gilənarın ləti bakteriasid təsirə malikdir. Gilənar şirəsindən psixoloji xəstəliklər, artrit xəstəlikləri zamanı istifadə etməkdə fayda var. O sakitləşdirici, bəlğəmgətirici, susuzluğu aradan qaldırmaq xüsusiyyətlərinə malikdir.

 

 

Gilənar şirəsi iştahanı artırır, orqanizmdə xərcəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır, orqanizmdə sidik tirşusunun miqdarını azaldır.
Gilənar tərkibində olan askorbinlə P vitamini qarışımı orqanizmdə olan kapilyarların tonusunu artırır və orqanizmi möhkəmləndirir.
Davamlı olaraq qida rasionunda gilənarın olması ürək tutmalarının miqdarını azaldır. Tərkibində faydalı maddələrin çox olması gilənarın xalq təbabətində geniş istifadə edilməsinə səbəb olur. Onun budaqlarının dəmləməsindən ishal əleyhinə istifadə edilir. Bu dəmləmə kolit və bağırsağın atoniya xəstəliyinin əlamətlərini aradan qaldırır. Əzilmiş gilənar yarpaqları dəri qanaxmalarının dayanmasına səbəb olur.

 

 

Elmi dərgilərdə deyilir ki, gilənar şirəsi mərkəzi sinir sisteminə təsir edərək onun sakitləşməsinə səbəb olur. Ötən əsrdə hətta bəzi həkimlər epilepsiya tutmalarından əziyyət çəkən xəstələrə gilənar şirəsi içmək tövsiyə ediblər. Xroniki qəbizlik və soyuqdəymə zamanı da gilənar şirəsi içməkdə fayda var. Xalq təbabətində gilənar və süd qarışımından artritlərin sağalması məqsədilə istifadə edilir. Bu qarışım yuxarı tənəffüs yollarının xəstəlikləri zamanı bəlğəmgətirici təsir bağışlayır. 
Gilənarı dondurub, donu açıldıqdan sonra yemək qanda şəkərin miqdarının azalmasına səbəb olur. Gilənar qızdırmanın aşağı düşməsinə səbəb olur. Bunun üçün 100 qram albalını zəif odun üstündə 35 qram su ilə qaynadıb soyuduqdan sonra içmək lazımdır.
 
Gilənarın zərərləri
 
Həkimlərin verdiyi məlumatlara əsasən bildiririk ki. mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkən adamlara çoxlu miqdarda gilənar yemək olmaz. Meyvənin tərkibində olan turşuluq xəstəliyin əlamətlərinin kəskinləşməsinə səbəb olur. Mədə turşuluğu yüksək olan adamlara da çox miqdarda gilənarı yemək məsləhət görülmür.

 

 

Gilənarı yedikdən sonra ağızı yaxalamaq lazımdır, çünki meyvənin turşuluğu dişlərin emalının korlanmasına səbəb ola bilər.
Gilənarı yeyərkən onun tumunu çıxarmaq lazımdır. Yoxsa onun tərkibinddə olan sinil turşusu orqanizm üçün zəhərlidir.
 
 
Mürəbbə, kompot...
 
Gilənardan hazırlanan kompotları və mürəbbəni uzun müddət saxlamaq olmaz. Bu zəhərlənməyə səbəb ola bilər. Zəhərlənmənin səbəbi isə gilənar çəyirdəyinin bir-neçə il ərzində həmin qidalara olan toksiki təsiridir. Piylənmədən və şəkərli diabetdən əziyyət çəkənlərə çoxlu miqdar gilənar yemək tövsiyə edilmir. Xroniki qaraciyər xəstəliklərindən əziyyət çəkənlər gilənar yemək istəyərkən həkim ilə məsləhətləşmələri lazımdır. Bu qaraciyərin işinin çətinləşməsinə səbəb olur.

 

 

Əntiqə Rəşid