TEATR NƏZƏRİYYƏSİNƏ GƏTİRİLƏN YENİLİK - “QEYRİ-SƏLİS MƏNTİQ VƏ TEATR” KONSEPSİYASI

Bu günlərdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə sənətşünas, Azərbaycanın əməkdar mədəniyyət işçisi İftixar Piriyevin “Qeyri-səlis məntiq və teatr” adlı kitabı işıq üzü görüb. Kitab əsası dünyaca məşhur alim Lütfi Zadə tərəfindən qoyulmuş “Qeyri-səlis məntiq” nəzəriyyəsinin teatr sənətinə sinergetik adaptasiyası problemlərini araşdıran, 2022-ci ildə çapdan çıxmış “Elçin teatrı: Absurd dram “Qeyri-səlis məntiq” nəzəriyyəsi kontekstində” monoqrafiyasından sonra bu istiqamətdə ikinci tədqiqat əsəridir. Bu kitab teatr sənətini məntiq elminin qeyri-ənənəvi sahəsi olan qey
Qeyri-səlis məntiq teatrın yeni dilidir desək, yanılmarıq. Çünki məntiqdə hər şey ya “doğrudur”, ya da “yanlış”. Amma həyatın özü, eləcə də teatr, çox vaxt bu ikilikdən daha mürəkkəbdir, dərk olunması çətindir. Qeyri-səlis məntiq isə bu sərhədləri genişləndirir, hadisələrin və hisslərin müxtəlif dərəcələrdə “doğru” və ya “yanlış” ola biləcəyini ortaya qoyur. İftixar Piriyev hərtərəfli müşahidə və axtarışlarına əsaslanıb bu nəzəriyyəni teatr dünyasına gətirərək sübut edir ki, səhnədə baş verənlər sərt xətlərdən yox, çoxşaxəli və çoxmənalı məntiqdən doğur. Kitabın elmi redaktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərminə Ağayeva qeyd edir: “Qeyri-səlis məntiq və teatr” layihəsi “Qeyri-səlis məntiq” nəzəriyyəsilə teatr sənəti arasında sinergetik sənət körpüsü yaradan yeni elmi-nəzəri-praktiki tədqiqatdır. İftixar Piriyev bir neçə ildir ki, teatr nəzəriyyəsini qeyri-adekvat səciyyədə sənətin praktikası ilə birləşdirərək, əsası dahi alim Lütfi Zadə tərəfindən qoyulmuş “Qeyri-səlis məntiq” nəzəriyyəsinin teatr sənətində sinergetik adaptasiyası (Elçin teatrı əhatəsində)” məzmunlu doktorluq dissertasiyası üzərində araşdırmalar aparır. O, bu işin elmi yeniliyinin tam şəkildə, dolğun və aydın mülahizələr, müqayisələr, paralellərlər, kəsişmələr və çarpaz konturlarla fəlsəfi-intellektual-teatral müstəvidə teatr sənətində yerini müəyyənləşdirməyə çalışır.
Tədqiqatın aktuallığı, dünya teatr prosesi axınında müasir yaradıcılıq prinsiplərilə “Qeyri-səlis məntiq” nəzəriyyəsinin teatr sənətinə tətbiqini avanqard üslubda qurulan tamaşaların konseptual əhəmiyyətinə əsaslanaraq həyata keçirilməsində, forma və məzmun mahiyyətində, məntiqi istiqamətlər axtarışında, əldə olunan nailiyyətlərin elmi-nəzəri nəticələrini teatrşünaslıq təhlillərində ifadə etməklə və yeni müstəviyə qədəm qoymaqla isbatlanır.” Müəllif İftixar Piriyev monoqrafiyada yazır: “Qeyri-səlis məntiq” nəzəriyyəsinin yaradıcısı Lütfi Zadə ilk vaxtlarda nəzəriyyənin linqvistikaya aid olduğunu zənn etsə də, sonralar, müsahibələrində vurğulayırdı ki, zaman gələcək, “Qeyri-səlis məntiq” nəzəriyyəsi bütün sahələrdə özünü tapa biləcəkdir.
Ona görə həmişə etiraf edirdi ki: “Məni bu nəzəriyyənin yaradıcısı olaraq onun texniki sahələrdəki istifadəsindən daha çox, digər elm sahələrində, deyək ki, tibb, psixologiya, konfliktşünaslıq, incəsənət sahələrindəki tətbiq müstəviləri daha çox maraqlandırır. Düşünürəm ki, bu sahələrdə müəyyən elmi tədqiqatlar aparılsa da, müasir düşüncəni yerindən oynadan, həyəcanlandıran araşdırmalara daha çox ehtiyac vardır” Monoqrafiya əslində yeni bir başlanğıc, teatr sənəti üçün yeni bir tapıntıdır.
İftixar Piriyev gələcəyin teatrını “qeyri-səlis teatr” kimi təsvir edir — sərbəst, çoxşaxəli və dialoqa açıq. Burada sərhədlər itir, sənətkarla tamaşaçı bir araya gəlir, hər bir tamaşa isə özünəməxsus izahata açılır. Bu teatr modeli müasir dünyamızın mürəkkəbliyini və rəngarəngliyini reallıqla əks etdirir. “Qeyri-səlis məntiq və teatr” monoqrafiyası Azərbaycan teatr elminə yeni nəfəs gətirib. İftixar Piriyev teatrı həm incəsənət, həm də dərin fəlsəfi məkan kimi təqdim edir. Azərbaycan teatrşünaslığında yenilik, mütəxəssislərdə və teatrsevər oxucularda maraq doğuracaq monoqrafiya teatr sənətinin müasir inkişafına hesablanmış zəngin bir mənbədir. Müəllifiə yeni yaradıcılıq uğurları arzulayırıq.
Adilə Səfərova,
teatrşünas, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi
Digər Xəbərlər

Leyla və Arzu Əliyevalar Berlində sərgidə iştirak etdi - FOTOLAR

Azərbaycanda nadir heyvan heykəli sındırılıb

Türkiyənin görməli olduğunuz ən gözəl yerləri - FOTOLAR

Müstəqil Azərbaycan İlham Əliyevin siyasətindən faydalanır

Əminə Yusifqızı dəfn olundu - YENİLƏNİB

Əminə Yusifqızı vəfat etdi

Türkiyənin kruiz turizmi son 12 ilin zirvəsinə çatdı, 18 limanda 1,5 milyon sərnişin qəbul edildi – FOTOLAR
