SON DƏQİQƏ:

Şou əhli karantin “yumşalandan” sonra: Güllü hamam vannası, günəşlənmək və...

  49560   |  
Şriftin ölçüsü  

Karantin "yumşalandan” sonra gözə görünən-görünməyən bütün şou əhli aktivləşməyə başladı. İcəridə” evdəqal” deyib ürəyi sıxılan bütün müğənni, blogger, artislər necə deyərlər”azadlıqlarına” qovuşdular. İndi isə gəlin sizə "azadolmuş”lardan maraqlı məlumatlar catdırım , siz də mənim məlumatlarımı diqqətlə oxuyun.

Adalet.az xəbər verir ki, şou əhli sosial şəbəkələrdə fəallaşmağa başlayıb.

Tanınmış iş adamı İlham Rəhimovun sevgilisi və qeyri-qanuni doğulmuş 2 övladının anası iş adam, eyni zamanda müğənni Ruhi Əliyeva sosial şəbəkədə Məkkədən fotosunu paylaşaraq bu sözləri yazıb:"2007-ci il, Kəbə evinin yanı... 13 il öncə ən böyük arzularımdan biri olan Həcc ziyarətinə getmək çox şükür ki, mənə də qismət oldu".

Əziz izləyicilərimiz, Ruhi xanımı təbrik etməyi unutmayın. Nolsun, cavanlığında səhvi cox olub. Day tövbə edib, bir də hec kimlə qeyri-qanuni yaşamayacaq. Hec qeyri-qanuni uşaqda doğmayacaq... Mən əminəm!


Sonra tövbəkar Ruhi xanım yazır:" İnsan bu müqəddəs yeri gördükdən sonra fikirləri, düşüncələri, dünyaya baxışı tamamilə dəyişir. Əslində düşünürəm ki, ora-gedib qayıtdıqdan sonra insanın ömür boyu çiynində böyük bir məsuliyyət olur və olmalıdır. Fotoda yanımda olan Zahirə müəllimə və Rəna xanım isə, müqəddəs ziyarətin mənə qazandırdığı dəyərli insanlardır. Allah bütün müsəlmanlara bu şərəfli yolu getməyi nəsib etsin. Amin!"

3 dəfə qanuni ərdə olub və hərəsindən bir oğul övladı dünyaya gətirən tanınmış müğənni Nura Suridən də xəbər var.

İfaçı sosial şəbəkə hesabında yeni fotosunu paylaşıb. Vücudunu göstərən müğənni fotoya onu estetik əmliyyat edən həkimi də əlavə edib. Nuranın fotosu marağa səbəb olub.

Nura xanımın böyük oğlu Xosrovİngiltərədəki universitetlərdən bir neçəsinin tələbəsi olmaq şansını qazanıb. Bunu da deyək: Xosrov Bakıda fəaliyyət göstərən Britaniya məktəbində təhsil alıb. İndi həmin məktəbdə Xosrovun qardaşıMohsenoxuyur.

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə yenə də açıq-saçıq fotosu ilə diqqət çəkib.
Fotoqraf, bloqqer Zaur Nəcəfbəyovla uzun müddət sevgili olan İlqarə instaqram hesabının hekayə bölümündə su dolu vannada gül ləçəklərinin arasında çılpaq görüntüləndiyi foto paylaşıb.


Amma cox qəşəng qızdı, eynən anasına bənzəyir...İnşallah tezliklə xalq artisti də olar...

Əntiqə Rəşid


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-16

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK