adalet.az header logo
  • Bakı -°C
12 Avqust 2026 10:57
70
HADİSƏ
A- A+

Velosipedçini avtomobil vurdu...

Son vaxtlar Bakıda və bölgələrdə velosipedçilərin vurulması ilə bağlı xəbərləri tez- tez eşidirik. Eşidirik ki, filan magistral yolda velosiped hər hansı nəqliyyat vasitəsilə toqquşub. Təbii ki, bu qəzalar zamanı ən çox ziyan görən tərəf velosipedçilər olur. Onlar bu hadisələr vaxtı ya həlak olur, ya da ağır dərəcəli bədən xəsarətləri alırlar.

Bu gün Bakıda və magistral yollarda ən çox yol hərəkətini pozanlardan biri də elə məhz velosipedçilərdir. Aydındır ki, bu zaman ağır qəzalar qaçılmaz olur! Velosipedçilər bir çox halda qanunları pozur , bu aydındır. Amma aydın olmayan odur ki, avtomobil sürücüləri sanki həmin anlarda velosipedçini görmür və onun üstündən keçir! İntellektual İdarəetmə Mərkəzinin yaydıgı görüntülərdə biz belə hadisələrin şahidi oluruq.

Bakıda velosiped avtomobilin qarşısına çıxır, sanki sürücü bunu görmür və velosipedçinin üstündən keçir. Heç şübhəsiz ki, həmin hadisə zamanı velosipedçı qəza nəticəsində ölür! Bəs , avtobil sürücüsü hadisə zamanı niyə təhlükəsizlik tədbirləri görmür. Görünür  onun başı ya mobil telefona qarışır, ya da sükan arxasında yatır! Bir mənalı olaraq deyə bilərik ki, avtomobil sürücüsü bu hadisə zamanı məsuliyyət daşıyır.

Hava limanına gedən yolda piyada qanunu pozub , nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yerdən keçir. Bir neçə yol zolağın keçəndən sonra sonuncu zolağı keçmək istəyəndə sürətlə hərəkət edən avtomobil onu vuraraq öldürür. Hansı ki, piyada il avtomobil arasında xeyli məsafə olur. Sadəcə olaraq sürücü ya sükan arxasında yatıb, ya da mobil telefonla danışır. Ümumiyyətlə, belə qəzalarda hər iki tərəf məsuliyyət daşıyır!

Emil FAİQOĞLU