adalet.az header logo
  • Bakı -°C
11 Avqust 2026 20:00
76
DÜNYA
A- A+

Ermənistan və İran TRIPP-lə bağlı anlaşma əldə ediblər

Ermənistan və İran TRIPP layihəsi ilə bağlı qarşılıqlı anlaşma əldə ediblər.

Adalet.az xəbər verir ki, bu barədə brifinq zamanı Vətəndaş Müqaviləsi Partiyasından olan parlament üzvü Sarkis Xandanyan bildirib.

"Gərgin İran-Amerika münasibətlərinin bu proqramın həyata keçirilməsinə təsir edəcəyini düşünmürəm. Dəmir yolu məsələsi gündəmdədir. Hazırda yer və mümkünlük araşdırılır və yoxlamalar başa çatdıqdan sonra tikintiyə başlanacaq", - deyə Xandanyan əlavə edib. O bildirib ki, buna heç bir siyasi maneə görmür.