Ronaldo və Corcina Rodriges evləndi
Futbol dünyasının ulduzu Kriştianu Ronaldo və sevgilisi Corcina Rodriges evlənib.
Adalet.az xəbər verir ki, 41 yaşlı Ronaldo və 32 yaşlı Rodrigesin nikah mərasimi avqustun 11-də Portuqaliyanın Kaşkayş şəhərində keçirilib.
Ronaldo toy üzükləri taxılmış əllərinin fotosunu sosial media hesabında paylaşıb.
Mərasimdə Ronaldonun və Rodrigesin beş övladının da iştirak etdiyi bildirilib. Tanınmış britaniyalı jurnalist Pirs Morqan cütlüyü evlilikləri münasibətilə təbrik edib.
Morqan instaqram hesabında paylaşdığı mesajda toyu “özəl və intim bir an” adlandırıb.
“Dostlarım Kriştianu və Corcinanı evlilikləri münasibətilə təbrik edirəm! Bu gün Portuqaliyada keçirilən mərasim beş uşağının iştirakı ilə özəl və intim bir an idi. Onlar əla cütlükdür. Hər ikisinə birlikdə uzun və xoşbəxt evlilik arzulayıram”, – jurnalist yazıb.
Qeyd edək ki, Ronaldo və Rodriges 2017-ci ildən münasibətdədir. Cütlük həmin ilin əvvəlində münasibətlərini ictimaiyyətə açıqlayıb.
Cütlüyün beş övladı var. Onların birlikdə Alana və Bella adlı iki qızı, surroqat anadan isə Ronaldonun Kristiano Jr. adlı oğlu və Eva Maria ilə Mateo adlı əkizləri var.
Cütlük 2022-ci ildə Bella ilə birlikdə dünyaya gələn əkiz oğulları Anxelini itirdiklərini açıqlamışdı.
Digər Xəbərlər
08 Sentyabr 2026 14:59
"Kəpəz" - "Qəbələ" oyunu bir dəqiqəlik sükutla başlayacaq
08 Sentyabr 2026 07:08
ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
07 Sentyabr 2026 21:00
Neftçi" nigeriyalı hücumçu transfer etdi
07 Sentyabr 2026 20:00


Bakı -°C

