adalet.az header logo
  • Bakı -°C
12 Avqust 2026 10:45
67
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlu: Əhvalımın ŞEİRİ

Gözlərimlə  çiçəkləri  dərmişəm  
Gözümə  bax, gözlərinə  köçürüm... 
Gözlərimi  kipriyinə  bənd  elə - 
Gözümdəkin  gözlərindən  keçirim!!

Dolaşıram  yer  üzünün  sətini  
Yol  tapmaqdı  dünyada  ən  çətini... 
Bulaqların, çeşmələrin  mətini - 
Gözlərimdən  gözlərinə  içirim!

Hay -harayım   bulud  sığıb  -  şeh  səpir    
Bu  tıncığan  ürəyimə  meh  təpir!
Gecə, gündüz deyə-deyə  "Ya  səbir!"- 
 Mən də  sənin  yar  boyuna  biçilim!

Çətin deyil  hal  soruşub, hal  tutmaq
Keçib  getdi , o  köhnə  dəb - şal tutmaq!
Qismət deyil Əbülfətə  bal  tutmaq -
Qoyma ki , ta barmaq -barmaq  kiçilim!