adalet.az header logo
  • Bakı -°C
12 Avqust 2026 10:18
85
ƏDƏBİYYAT
A- A+

“Üç ildir dizimi yerə qoyub əziyyət qalmadı çəkdim”

“2026-cı il uğurlu gəldi, son iki ayda Avropada nəşr olunan beş kitabım işıq üzü gördü. Sonuncunu ÜÇ POEMA (trilogiya) adlandırmışam. Bura LƏNƏTLƏNMİŞ CƏNNƏT və ya AZADLIQ ŞƏRQİSİ, SÜRGÜN bir də TƏNHA KEÇƏN poemalarımı daxil etmişəm.Kitabın tərcüməçisi Vika Krutu, Almaniya, Köln, redaktoru Tariyel Azərtürk, SŞA, Sietl, tərtibatçısı ukraynalı tənqidçi İrina Savitskayadır”.

Adalet.az xəbər verir ki, bunu tanınmış şair Saday Şəkərli deyib. 

“Tərcüməçilərlə işləməyin nə qədər məşəqqətli olduğunu təsəvvür edə bilməzsiniz, ağır prosesdir. Üç ildir dizimi yerə qoyub əziyyət qalmadı çəkdim. İndilərdə zəhmətimin bəhrəsindən xeyli şadam.Bu kitaba qədər iyun, iyul aylarında MƏN SƏNDƏN AYRILMAZDIM kitabım öz dilimizdə nəşr olundu və həmvətənlərimizin kitab almaq həvəsi olmadığını nəzərə alaraq saytlara pulsuz qoydurmuşam, ikinci kitabım VURUŞ, SÖZÜM fransızca, sonra ÜMİD İŞIĞI fransızca bir də ÜMİDDƏN UZUN ingiliscə ardarda nəşr edildi. Nəşriyyatlar xarici dildə çap olunmuş kitablarımın qiymətini baha qoyublar, təki oxucusu çox olsun”, - deyə o, bildirib.

Vasif ƏLİHÜSEYN