SON DƏQİQƏ:

Ankaradan 157 Azərbaycan vətəndaşı vətənə qaytarılıb - AZAL

  6477   |  
Şriftin ölçüsü  

Azərbaycanın Milli aviadaşıyıcısı hökumətin tapşırığı ilə Türkiyə ərazisindən Azərbaycan vətəndaşlarının gətirilməsi üçün martın 17-də Bakı-Ankara-Bakı istiqaməti üzrə çarter reysi yerinə yetirib.

"Azərbaycan Hava Yolları” QSC-dən verilən məlumata görə, bu reys ilə 157 nəfər Azərbaycan vətəndaşı vətənə qaytarılıb.

Xatırladaq ki, bu artıq Türkiyədən yerinə yetirilən üçüncü çarter reysidir – daha əvvəl 15 və 16 mart tarixlərində İstanbuldan Bakıya 711 nəfər Azərbaycan vətəndaşı gətirilib.

Azərbaycanın Milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcək.

Qeyd edək ki, vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşları hal-hazırda olduqları yer üzrə səfirliklər və ya konsulluqlara müraciət etməlidirlər.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK