SON DƏQİQƏ:

Rihanna məsləhət verdi: "Sevqilisi olmayan qadınlar..."

  12466   |  
Şriftin ölçüsü  

Pop ulduz Rihanna "Məsləhətli don gen olar”deyib, Sevgililər günü ilə bağlı bəzi məsləhətlər verib. Məsləhətini sevgilisi olmayan qızlara aid edib.

Deyib ki, ən yaxşı variant həmin gün cazibədar alt paltarı almaq və dadlı xörəklər yeməkdir . Maraqlıdır ki, onun bu "ağıllı” məsləhətindən, bu çağırışından sonra alt paltarı brendlərinin məhsullarına tələbat artıb.

Ağıllının biri də sual verib ki, ay Rihanna, sən neyniyəcəksən o Sevgililər günündə?

Rihanna da eləməyib tənbəllik deyib ki, Sevgililər gününü səsyazma studiyasında keçirəcək.

Həmin o "ağıllı” adam dübarə soruşub ki, ay Rihanna sevgililər günündə sən orda, kiminlə olacaqsan, neynəyəcəksən? (Maraq üstün gəlib də...)

Rihanna da sentimental müstəvidə cavab verib:

"Çox həyəcanlıyam. Kiminlə işlədiyimi deyə bilmərəm, lakin mən həmişə onunla musiqi yazmaq arzusunda idim. Yaxşı, onun kim olduğunu deyəcəm. Bu Farell Uilyamsdır”, - deyə aktrisa etiraf edib.

Qeyd edək ki, müğənni Rihanna sevgilisi, Səudiyyə Ərəbistanından olan milyarder Həsən Cəmildən ayrılıb.

3 ildir sevgili olan cütlüyün ayrılma səbəbi hələ ki, açıqlanmır. Xarici mənbələr nə Rihanna, nə də qarşı tərəfin bu haqda danışmaq istədiyini qeyd edir.

Qeyd edək ki, bir dəfə istirahət üçün İstanbula gedən cütlük orada açıqlamasında münasibətlərini rəsmiləşdirmək, övlad sahibi olmaq istədiyini vurğulamışdı.

Xatırladaq ki, Cəmil dünyanın ən böyükşirkətlərindən biri olan "Toyota"nın varisidir. "Forbes"in ən çox qazananlar siyahısında adı olan Həsənin illik gəliri 1,5 milyard dollar dəyərində qiymətləndirilir.

Əntiqə Rəşid

Adalet.az


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Ermənilərin etnopsixologiyasına dair lətifə: İkinci Dünya müharibəsi. Erməni və gürcü mühasirəyə düşürlər. Gürcü su quyusunda gizlənir. Erməni isə ağaca çıxır. Almanlar ermənini görüb əsir götürürlər. Əl-qolunu bağlayıb özləri ilə aparırlar. Su quyusunun yanına çatanda erməni ayaq saxlayır. Quyuya yaxınlaşıb qışqırır: "Valiko, çıx ordan, bizi tapdılar".

ARXİV

TƏQVİM

FACEBOOK