SON DƏQİQƏ:

TİKDİM Kİ, İZİM QALA... - Fəridə RƏHİMLİ yazır

  102925   |  
Şriftin ölçüsü  

Son zamanlar bəzi millət vəkillərinin düşünmədən söylədikləri və yaxud konteksdən götürülmüş ifadələrindən prikol düzəldərək "əsəbi xalqın” çeşid-çeşid söyüşlə hirsini soyutmaq üçün o "seçilmişləri” gülüş hədəfinə çevirmək dəb halını alıb. Artıq seçici kimə inanacağını bilmir və son nəticədə də, səs verdiyi insanın vəzifə kürsüsünə ucalan kimi dəyişməsini adi hal kimi qəbul edir.

Bəlli olduğu kimi, Elza Seyidcahanın deputat olmaq istəyi cəmiyyətdə birmənalı qarşılanmayıb. Hətta deputatlardan da onun seçilməsinə qarşı çıxaraq sərt reaksiya verənlər olub. Əslində Elza Seyidcahan gözəl bəstəkar kimi, məlahətli səsə malik müğənni kimi daha lazımlıdı, nəinki Məclisdə səssiz qalmaqla seçilən, mürgüləməyə gedən işsiz-gücsüz nümayəndələr. Heç olmasa, yatmış vəkilləri "hu ha ha ha, ha ha ha ha”yla oyandırardı!



Keçmiş deputat Əhəd Abıyev isə daha dərinə gedərək millətinin xanımını təhqirdən belə çəkinməyib. Halbuki onun həm deputat, həm də vəzifədə olduğu müddətdə narazılığına səbəb olan kobudluğu, təhqiramiz yanaşmaları barədə çox oxumuşuq.

Əslində Elza Seyidcahanı ilk dəfə bir klipində sevmişdim. Kənd qadını, yanında dörd uşaqla, mal-heyvan rahatlayır və şəhərdə müğənnilik etdiyinə dair xəyallar qurur. O klip, o məlahətli səs tez-tez qulaqlarımda səslənir. Bəstələdiyi mahnılar da bəyəniləndi. Ekstravaqantlığı birmənalı şəkildə qəbul olunub. Şeir yazmasına gəldikdə isə...

Cəmiyyətdə digərlərindən fərqlənən, hətta kəskin fərqlənən insanlar həmişə olub. Bu fərqlilik bəzən gülüş hədəfinə çevrilib, bəzən nifrətlə qarşılanıb, bəzən o insanlara "dəli” damğası vurulub. Hər bir halda onların cəmiyyət tərəfindən qəbul olunması zor olub. Amma o insanlar nə etdiklərini, niyə etdiklərini hamıdan yaxşı dərk edib, ona qarşı gələn cəmiyyəti qarşısına alaraq yaşayıblar. Özünü sübut etmək üçün nə isbatlara, nə izahlara ehtiyac qalmayanda, yaxud səni anlamaq çətin olanda ən yaxşısı "dəli” olmaqdı!.. Ya da "kefli”...

Bəzən də belə insanlara müasir dillə komplekssis insan deyirlər. Elza xanım məhz komplekssiz davranmaqla "əlinin biri dalında, biri qabağında” o insanları itələyərək özündən uzaqlaşdırır. Və "ağzına gələni danışan” bu insanların "ağzını tikməkdən” başqa əlac olmadığını bildiyi üçün "qırxayaq kimi onların ağzını tikməyə, barama kimi ipini çəkməyə” çalışır. Əslində tikmək həmişə yaxşı iş kimi qiymətləndirilib. Tikənlər çox olub, tikilənlər də. İnsanlıq tarixində kütləvi ağız tikmək ilk dəfə olduğu üçün Elza xanım da "tikim sizin ağzınızı” deməklə əslində "tikdim ki, izim qala” demək istəyib. Bəlkə demək istədiyi də elə budur ki, biz anlamırıq...


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-26
2020-09-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Ermənilərin etnopsixologiyasına dair lətifə: İkinci Dünya müharibəsi. Erməni və gürcü mühasirəyə düşürlər. Gürcü su quyusunda gizlənir. Erməni isə ağaca çıxır. Almanlar ermənini görüb əsir götürürlər. Əl-qolunu bağlayıb özləri ilə aparırlar. Su quyusunun yanına çatanda erməni ayaq saxlayır. Quyuya yaxınlaşıb qışqırır: "Valiko, çıx ordan, bizi tapdılar".

ARXİV

TƏQVİM

FACEBOOK